Fransada koronavirus qurbanlarının sayı çoxaldı


Dünya 25 Mar 2020 00:10:42 179 0

Fransada koronavirus qurbanlarının sayı çoxaldı

Fransada son sutka ərzində koronavirusdan 240 nəfər vəfat edib.

Fransada son sutka ərzində koronavirusdan 240 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.

O qeyd edib ki, Fransada bu günədək COVID-19 virusundan ölənlərin sayı 1 100 nəfərə çatıb:

“Son 24 saatda ölkədə yeni yoluxma faktı qeydə alınıb ki, bununla da Fransada koronavirusa yoluxanların sayı 22 300-ə çatıb”.

J.Salomon əlavə edib ki, 10 176 nəfər hazırda xəstəxanalarda, onların 2 516 nəfəri ağır vəziyyətdə reanimasiyada yerləşdirilib.

Xəstələrin üçdə birinin yaşı 60-dan aşağı, 58 faizi 60-80 yaş arasındadır. Bu günədən bu yeni virusun qurbanı olan insanların 85 faizinin yaşı 70-dən yuxarıdır.

Ölkə ərazisində bu günə qədər 3 281 nəfər sağalaraq evə buraxılıb.