Kirin 980dən daha güclü


Digərləri 24 Mar 2020 23:55:00 230 0

Kirin 980dən daha güclü

Huawei şirkətinin orta seqment smartfonları üçün nəzərdə tutulmuş Kirin 820 5G prosessoru ilk Geekbench testlərindən keçib. Geekbench testlərindən məlum olub ki, Kirin 820 5G-nin performansı hətta orta seqment smartfonlar üçün olan performans göstəricilərini də üstələyir. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə məlumata əsasən Kirin 820 5G prosessoru Geekbench-in birnüvəli testində 3490 xal, çoxnüvəli testində isə 11.200 xal toplayb.

Bu cür göstərici ilə o, Snapdragon 855 prosessoru ilə eyni səviyyədə olub və şirkətin keçən ilki Kirin 980 flaqman prosessorunu geridə qoyub. Qeyd etmək lazımdır ki, 7 nanometrlik texnololji proses əsasında hazırlanmpış Kirin 820 5G prosessoru Cortex-A76 nüvələrini və Mali-G77 qrafik sürətləndiricisini əldə edəcək.

Bununla yanaşı yeni prosessor modeli əvvəlki modellərdən fərqli olaraq təkmilləşdirilmiş neyron hesablama blokunu və yenilənmiş təsvir emalı modulunu da əldə edəcək. Huawei şirkətinin sözlərinə əsasən bu yeni prosessorun qrafik performansı əvvəlki modellər iə müqayisədə 20-40% daha yüksək olacaq. Kirin 820 5G prosessorunu əldə edəcək ilk smartfon modeli isə Honor 30S olacaq. Smartfonun təqdimatı 30 mart tarixində baş tutacaq.