Qoxunu hiss edə bilən kompüter yaradılacaq


Digərləri 24 Mar 2020 23:45:00 232 0

Qoxunu hiss edə bilən kompüter yaradılacaq

Intel firması neyromorfik proqramlar vasitəsilə qoxunu hiss edə bilmək üçün istifadə olunan beyin hissəciklərini araşdıraraq yeni alqoritm yaradıb.

Son.az ted.az-a istinadən bildirir ki, alqoritm vasitəsilə insan beyninin işləmə mexanizmi kompüter çiplərinə daşınacaq.

Cornell Universiteti ilə birgə aparılan araşdırma qoxunu hiss edəbilən kompüterlərin yaradılması ilə nəticələnəcək.

Araşdırma zamanı qoxunu hiss edə bilmək üçün 450 növ reseptorun olduğu ortaya çıxıb.