Milli qəhrəmanların imtiyazları ilə bağlı qanun qəbul olunacaq


Siyasət 24 Mar 2020 23:37:17 194 0

Milli qəhrəmanların imtiyazları ilə bağlı qanun qəbul olunacaq

Azərbaycanın Milli qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında Azərbaycan Respublikası Qanununun qəbul olunmasına dair təkliflərin hazırlanacaq.

Azərbaycanın Milli qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında Azərbaycan Respublikası Qanununun qəbul olunmasına dair təkliflərin hazırlanacaq.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum Azərbaycanın Milli qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında Azərbaycan Respublikası Qanununun qəbul olunmasına dair təkliflərin hazırlanması öhdəliyini götürüb.