Ərzaqların keyfiyyətinə nəzarət gücləndiriləcək


İqtisadiyyat 24 Mar 2020 23:10:19 135 0

Ərzaqların keyfiyyətinə nəzarət gücləndiriləcək

Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində dövlət nəzarəti gücləndiriləcək.

Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində dövlət nəzarəti gücləndiriləcək.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum geni dəyişdirilmiş məhsulların və saxta malların ölkəyə gətirilməsinin qarşısını almaq, ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində dövlət nəzarətini gücləndirmək öhdəliyi götürüb.