Feysbuk koronavirus haqqında məlumat bölməsini işə salır


Digərləri 24 Mar 2020 23:10:00 159 0

Feysbuk koronavirus haqqında məlumat bölməsini işə salır

Feysbuk platforması Covid-19 haqqında doğru məlumatları ictimaiyyətə çatdırmaq üçün şəbəkədə məlumat mərkəzi tipli bölmə yerləşdirəcək.

Son.az ted.az-a istinadən bildirir ki, Feysbuk yeni bölmədə virus haqqında beynəlxalq səhiyyə xidmətlərinin və digər güvənli mənbələrin yaydığı məlumatı yerləşdirəcək.

"Bu bölməni Feysbuk xəbər lentinin yuxarısında yerləşdirəcəyik", - deyə Feysbukun direktoru Mark Zukerberq bildirib.  

M.Zukerberq əlavə edib ki, yeni bölmə yaxın 24 saat ərzində ABŞ və bəzi Avropa ölkələrindən olan istifadəçilərin hesabında yerləşdiriləcək, bir neçə gündən sonra isə qlobal səviyyəyə çıxarılacaq.