İstanbul klubunun prezidenti xəstəxanaya yerləşdirildi –


Dünya 24 Mar 2020 22:48:00 122 0

İstanbul klubunun prezidenti xəstəxanaya yerləşdirildi –

İstanbulun "Başakşehir" futbol klubunun prezidenti, tanınmış iş adamı Göksel Gümüşdağ xəstəxanaya yerləşdirilib.

Son.az publika.az-a istinadən xəbər verir ki, G.Gümüşdağda koronavirus olması şübhsi artdığı üçün onun xəstəxanada analiz verməsinə qərar verilib. Həkimlər testin nəticəsinin açıqlanmasınadək klub rəhbərinin xəstəxanada nəzarət altında qalmasını məsləhət biliblər.

Qeyd edək ki, hazırda "Qalatasaray" klubunun ikinci prezidenti Abdurrahim Albayrak və həyat yoldaşı koronavirusa yoluxduqları üçün müalicə olunurlar.