Bill Qeyts koronavirus üçün tarix açıqladı


Digərləri 24 Mar 2020 22:15:00 141 0

Bill Qeyts koronavirus üçün tarix açıqladı

Microsoftun keçmiş rəhbəri Bill Qeyts koronavirusdan müalicə ilə bağlı tarix açıqlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, koronavirusla mübarizə üçün 100 milyon dollar bağışlayan Bill Qeyts onlayn sual-cavab tədbirində iştirak edib. Suallardan birinə cavab olaraq bildirib ki, bir ölkə çox uğurlu test tərtib edib virusla mübarizə aparsa və 6-10 həftəlik karantin elan etsə, yoluxanların sayı azalacaq.

Qeyts eyni zamanda bildirib ki, qarşıdakı 18 ay ərzində hər şey yolunda gedərsə, virusa qarşı effektiv, rəsmi təsdiqlənmiş peyvənd tapılacaq. O qeyd edib ki, bunun üçün effektivliyindən əmin olmadığımız yüzlərlə fərqli peyvəndin aşkarlanaraq sınanması mütləqdir.

Xatırladaq ki, ötən il insanlıq tarixinin ən böyük təhlükəsini soruşanlara  Bill Qeyts pandemiya  cavabını vermişdi.