iPhone 9la yanaşı iPhone 9 Plus modeli də təqdim oluna bilər


Digərləri 24 Mar 2020 21:50:00 137 0

iPhone 9la yanaşı iPhone 9 Plus modeli də təqdim oluna bilər

9to5Mac insayderinin verdiyi məlumata görə Alma şirkəti iPhone 9 ilə yanaşı iPhone 9 Plus modelin də təqdim edəcək. Yeni Plus versiya haqqında məlumat iOS 14 ƏS-nin "firmware" hissəsindən tapılıb. Maraqlısı isə odur ki, bundan əvvəl sosial mediada bu model haqqında heç bir məlumat sızıdırılmamışdı və bu Apple'ın yeni qərarı ola bilər.

Modellərin təqdimatları bu ilin mart ayında keçiriləcəyi gözlənilsə də Koronavirus səbəbi ilə təqdimat onlayn şəkildə digər tarixdə baş tutacaq.

Qeyd edək ki, iPhone 9 modelləri ilə yanaşı tədbir zamanı iOS 14 ƏS və iPad Pro modelinin də təqdimatı gözlənilir.