Tesla virusa görə, nəfəsalma aparatı istehsal edəcək


Digərləri 24 Mar 2020 21:45:00 153 0

Tesla virusa görə, nəfəsalma aparatı istehsal edəcək

Tesla ehtiyac olduğu təqdirdə nəfəs aparatı istehsalına başlaya bilər.

Son.az ted.az-a istinadən bildirir ki, bunu Tesla və Space X-nin yaradıcısı Elon Mask Tvitterdə izləyicilərindən birinin sualına cavab olaraq deyib.

İzləyicisi Elon Maska "Tesla fabriklərini nəfəsalma aparatlarının istehsalı üçün istifadə edin. Mənim də bir Tesla avtomobilim var, amma koronavirus mövzusunda axmaqlıq etməkdən əl çək" yazıb.

Mask tvitə cavab olaraq bildirib ki, ehtiyac olduğu təqdirdə virusa görə nəfəsalma aparatları istehsal edəcəklər. Tesla rəsmisi izləyicisindən hansı klinikada aparat çatışmazlığının olduğunu da soruşub. İzləyici cavab olaraq eyni problemlə üzləşən xəstəxanaların siyahısını onunla paylaşıb.