Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var


Digərləri 24 Mar 2020 21:46:00 140 0

Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var

Azərbaycanda koronavirusa qarşı bütün tədbirlər görülür.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin "Hədəf" proqramında deyib.

Onun sözlərinə görə, bütün tədbirlər lazımi səviyyədədir: "Bizdə bütün qabaqlayıcı tədbirlər görülüb. Bütün dünyada bu problem var. Heç bir ölkənin səhiyyəsi bu virusun öhdəsindən gələ bilmir. 100 minlərlə insan bu virusa yoluxub. Dünyada quş qripi, ebola kimi viruslar da yayılmışdı. Amma belə yox. İnsanlar qorunmalıdır. Operativ Qərargah lazımi tədbirlər görsə də, insanlar da ehtiyatlı olmalıdırlar".

Nazir qeyd edib ki, Azərbaycanda xəstəlikləri aşkarlamaq üçün müasir laboratoriyalar var və bu laboratoriyalar hazırda tam gücü ilə işləyir: "Bu cür laboratoriyalar hətta regionlarda da mövcuddur və yerində xəstəliyi aşkarlaya bilirlər. Azərbaycan səhiyyəsi tam müasir avadanlıqlarla təchiz olunub, güclü kadrlar çalışır. Amma bütün hallarda insanlarda sosial məsuliyyət olmalıdır. Dövlət əlindən gələni etsə də, insanlar da xəstəliklərə qarşı mübarizə aparmalıdır".

Oqtay Şirəliyev qeyd edib ki, Azərbaycana əlavə olaraq da tibbi vasitələr gətirilir: