Ford Bronco modelinin şəkilləri dərc edilib FOTO


Digərləri 24 Mar 2020 21:30:00 188 0

Ford Bronco modelinin şəkilləri dərc edilib  FOTO

Bu gün səhər yeni Ford Bronco Sport modelinin cəsus fotoşəkillərini dərc etmişdik. Artıq İnternet şəbəkəsində daha iri model olan Ford Bronco ofrouderinin də şəkilləri peyda olub.

Son.az autograph.az-a istinadən bildirir ki, yeni Ford Bronco modeli Ranger pikapının ramalı platformasında inşa ediləcək, üç və beş qapılı kuzov, çıxarılan dam və qapılar ilə təklif ediləcəkdir. Ford Bronco ailəsinin əsas hədəfi Jeep markasının Renegade və Wrangler modelləri olacaqdırlar. Bronco ofrouderinin Ford Ranger pikapından tanış olan 271 at qüvvəli mühərrik və 10-pilləli "avtomat" ilə hərəkətə gələcəyi ehtimal olunur.

Altıncı nəsil Ford Bronco modelinin debütü bu ayın sonunda baş tutmalıdır. Bronco Sport modeli isə bir müddət sonra işıq üzü görəcəkdir. Lakin, modellərin bazar debütü əks ardıcıllıqla baş tutacaqdır - Bronco Sport ilin sonuna qədər,Bronco modeli isə 2021-ci ildə satışa çıxacaqdır.