Məşhur müğənnilər koronavirusa qarşı birləşirlər:


Digərləri 24 Mar 2020 21:10:00 121 0

Məşhur müğənnilər koronavirusa qarşı birləşirlər:

Məşhur müğənnilər koronavirusa görə canlı yayım vasitəsilə konsert verirlər.

Son.az ted.az-a istinadən bildirir ki, konsertlər Ümumdünya Səhiyyə Təşkilatı və Qlobal Vətəndaş Xeyriyyə Festivalı tərəfindən keçirilən "Together, Home" (Birlikdə, evdə) aksiyası çərçivəsində təşkil olunur.

Aksiyanın ilk iştirakçısı Coldplay rok qrupunun solisti Kris Martin olub.

"Karantinə daha ciddi yanaşmalıyıq. Xahiş edirəm, evlərinizi tərk etməyin. Virusa qalib gəlməliyik!", - deyə ifaçı bildirib.

Aksiyaya qoşulan ikinci müğənni isə Con Legend olub. O, İnstaqram hesabında 1 saatlıq canlı yayım edərək istifadəçiləri ruhlandırmağa çalışıb.