Əfsanə geri döndü


Digərləri 24 Mar 2020 21:15:00 195 0

Əfsanə geri döndü

Nokia 5310 yenilənən versiyada təqdim edilib.

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 29 avqust 2007-ci ildə təqdim edilən Nokia 5310 hələ də təbəssümlə xatırlanır. 13 il sonra yenilənən telefon dizayn baxımından daha modern görünsə də nostalji auranı qoruyur.

Koronavirus pandemiyasından dolayı onlayn təqdimat təşkil edən HMD Global yeni telefonu Nokia 8.3 5G ilə qarşımıza çıxıb.

Orijinal model kimi bu cihaz da 3.5 mm qulaqlıq girişi və FM Radio ilə təchiz olunub. Ağ və qara rəng seçimləri olan telefonun yaddaşı cəmi 16 MB olsa da, 32 GB-a qədər yaddaş kartını dəstəkləyir. Bunun sayəsində 8000-ə yaxın mahnı yüklmək imkanınız var.

2.4 düym böyüklüyündə QVGA ekrana və düyməli T9 klaviatura sahib telefon MediaTek MT6260A prosessorundan güc alır.