Gürcüstanın azərbaycanlı icra başçısı: “Koronavirus insanları etnik cəhətdən ayırmır”


Dünya 24 Mar 2020 21:09:43 111 0

Gürcüstanın azərbaycanlı icra başçısı: “Koronavirus insanları etnik cəhətdən ayırmır”

“Koronavirus qlobal bir problemdir və bütün dünya bu çağırışla üzləşib. O, insanları etnik cəhətdən ayırmır”.

“Koronavirus qlobal bir problemdir və bütün dünya bu çağırışla üzləşib. O, insanları etnik cəhətdən ayırmır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Marneuli rayonunun icra başçısı Zaur Darğallı yaydığı bəyanatda bildirib.

O qeyd edib ki, son günlər sosial mediada etnik ayrı-seçkiliyə əsaslanan çox mənfi, əsassız və ksenofob statusların yayılması müşahidə edilir.

Z.Darğallı vətəndaşları yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirməyə, bir-birinə dəstək olmağa və hörmət etməyə çağırıb:

“Bir-birinə sevgi və ölkənin inkişafı üçün birlik göstərmək çoxmillətli Marneulidə hər bir vətəndaşın gündəlik həyatıdır. Hər birimizin Gürcüstan adlı bir vətəni var və bu vətənin qarşısında böyük bir problem var. Bu prosesə qarşı adekvat olmaq və bir-birimizə böyük qayğı göstərmək bizim borcumuzdur”.

Rayon rəhbəri Marneuli sakinlərindən dövlətin yanında olmağı, evdə qalmağı və bütün tövsiyələrə əməl etməyi xahiş edib.