İspaniyada bir gündə 500dən çox insan koronavirusdan öldü


Dünya 24 Mar 2020 19:58:00 141 0

İspaniyada bir gündə 500dən çox insan koronavirusdan öldü

İspaniyada bir gündə 500-dən çox insan koronavirusdan ölüb.

RT ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, İspaniyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 40 minə yaxınlaşıb.

Martın 24-nə olan məlumata görə, 39,673 xəstədə koronavirus aşkar edilib.

Virus yayılmağa başlayandan İspaniyada 2696 nəfər ölüb, onlardan 514 nəfəri son 24 saatda həyatlarını itirib.