Ombudsman koronavirus epidemiyası ilə bağlı xalqa müraciət etdi


Sosial 24 Mar 2020 19:47:30 70 0

Ombudsman koronavirus epidemiyası ilə bağlı xalqa müraciət etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva yeni növ koronavirus (COVID-19) epidemiyası ilə bağlı xalqa müraciət edib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva yeni növ koronavirus (COVID-19) epidemiyası ilə bağlı xalqa müraciət edib.

Ombudsman Aparatından “Report”a verilən məlumata görə, müraciətdə deyilir:

“Əziz həmvətənlər, atalar, analar, bacılar və qardaşlar!

Məlumdur ki, yeni növ koronavirus (COVID-19) dünya ölkələrində sürətlə yayılmaqdadır. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunmuşdur.

Bu virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması ilə əlaqədar ÜST-nin tövsiyə və tələblərinə uyğun olaraq, ölkəmizdə yüksək səviyyədə təxirəsalınmaz tədbirlər həyata keçirilir və bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqətində və nəzarətindədir.

Təqdirəlayiq haldır ki, ölkə rəhbərliyinin tapşırığına əsasən, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və mübarizə xarakterli təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah öz fəaliyyətini uğurla davam etdirir və müvafiq addımlar atılır, zəruri qərarlar qəbul edilir.

Artıq Nazirlər Kabineti yanında Operativ Qərargahın Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş 23 mart 2020-ci il tarixli iclasında COVID-19 pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsi nəzərə alınaraq, əhalinin sağlamlığının qorunması ali məqsəd kimi qəbul edilərək koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, ölkəmizdə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejiminin tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur.

Əziz həmvətənlər!

Azərbaycan Respublikasında müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı həyata keçirilən bütün bu tədbirlər ölkəmizdə COVID-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması və əhalinin, o cümlədən həssas qruplardan biri kimi yaşlı insanların, uşaqların, əlilliyi olan şəxslərin sağlamlığının qorunması məqsədinə xidmət edir. Ona görə də hər bir şəxsi, bütövlükdə əhalini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, ÜST-nin, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, təklif və tövsiyələrinə qeyd-şərtsiz əməl edərək evdə qalmağa, özünütəcrid şəraitinə riayət etməyə çağırır, yeni növ koronavirus üçün xarakterik simptomları hiss edən şəxslərə aidiyyəti üzrə qaynar xəttlərə (103 və ya 15-42) zəng etməyi tövsiyə edirəm.

İnanıram ki, əhalinin hazırkı vəziyyətdə maksimum məsuliyyətli olması və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməsi nəticəsində bu sınaqdan uğurla çıxacağıq.

Əlavə olaraq bildiririk ki, ölkədə yaranmış mövcud epidemioloji vəziyyətlə əlaqədar Ombudsmanın Aparatında və regional mərkəzlərində həyata keçirilən vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, poçt, onlayn müraciət, e-mail, faks, facebook, habelə qaynar xətlər (0503709896 və 012916) vasitəsi ilə bizə müraciət edə bilərsiniz”.

Fransada koronavirusdan son 24 saat ərzində 186 nəfər ölüb like
  • 24 Mar 19:47  
Dünya Fransada koronavirusdan son 24 saat ərzində 186 nəfər ölüb

Fransanın səhiyyə rəsmiləri bazar ertəsi koronavirusdan daha 186 nəfərin

arrow Ətraflı
ABŞda koronavirusa yoluxanların sayı 33 453, ölənlərin sayı isə 400ə çatıb like
  • 24 Mar 19:46  
Dünya ABŞda koronavirusa yoluxanların sayı 33 453, ölənlərin sayı isə 400ə çatıb

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) bazar ertəsi

arrow Ətraflı
Pakistanda COVID19a azı 799 nəfər yoluxub like
  • 24 Mar 19:44  
Dünya Pakistanda COVID19a azı 799 nəfər yoluxub

Pakistan hökuməti Pakistanın cənubunda koronavirusa yoluxma halının azı 7

arrow Ətraflı
Gürcüstanda koronavirusa yoluxanların sayı 70 nəfərə çatdı like
  • 24 Mar 19:31  
Dünya Gürcüstanda koronavirusa yoluxanların sayı 70 nəfərə çatdı

Gürcüstanda koronavirusa daha üç yoluxma halı təsdiqlənib.

arrow Ətraflı
Cadillac yeni bayraqdarının adını açıqlayıb  FOTO like
  • 24 Mar 19:30  
Digərləri Cadillac yeni bayraqdarının adını açıqlayıb FOTO

Gələcək elektrik modellərinə həsr olunmuş tədbirdə General Motors konse

arrow Ətraflı
Avstriya koronavirusla mübarizəyə ordunu cəlb edir like
  • 24 Mar 19:29  
Dünya Avstriya koronavirusla mübarizəyə ordunu cəlb edir

Avstriyanın müdafiə naziri İkinci Dünya Müharibəsindən bəri ilk dəfə

arrow Ətraflı
Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları vəzifə maaşlarını KMDF-a ianə ediblər like
  • 24 Mar 19:28  
Sosial Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları vəzifə maaşlarını KMDF-a ianə ediblər

Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları&koronavirus pandemiyasın

arrow Ətraflı
Hindistan fövqəladə vəziyyət elan edir like
  • 24 Mar 19:26  
Dünya Hindistan fövqəladə vəziyyət elan edir

Hindistanda sabahdan etibarən fövqəladə vəziyyət elan olunur.

arrow Ətraflı
Polis vətəndaşların sağlamlığının qorunmasına xidmət edir - VİDEO like
  • 24 Mar 19:24  
Sosial Polis vətəndaşların sağlamlığının qorunmasına xidmət edir - VİDEO

Paytaxt polisi koronavirus infeksiyasına qarşı profikatik tədbirlər çərç

arrow Ətraflı
Gürcüstanda koronavirusla mübarizəyə 1,5 milyon ABŞ dolları toplandı like
  • 24 Mar 19:17  
Dünya Gürcüstanda koronavirusla mübarizəyə 1,5 milyon ABŞ dolları toplandı

Gürcüstanda hazırda koronavirusla mübarizə fondunda 5 milyon lari məbləğ

arrow Ətraflı
Gəncədə marşurutlar və taksilər dezinfeksiya edilir - FOTO like
  • 24 Mar 19:11  
Sosial Gəncədə marşurutlar və taksilər dezinfeksiya edilir - FOTO

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi

arrow Ətraflı
MercedesBenz GClass elektrokara çevriləcək like
  • 24 Mar 19:01  
Digərləri MercedesBenz GClass elektrokara çevriləcək

Azərbaycanda Mercedes-Benz G-Class və xüsusən də onun AMG versiyasını ala

arrow Ətraflı
Xüsusi rejimdə işləyirik like
  • 24 Mar 19:00  
Siyasət Xüsusi rejimdə işləyirik

Xarici İşlər Nazirliyi, eləcə də ölkəmizin xaricdəki diplomatik nümay

arrow Ətraflı
Karantinə əməl etməyən yaşı 65dən yuxarı şəxslərə xəbərdarlıq edildi like
  • 24 Mar 18:59  
Digərləri Karantinə əməl etməyən yaşı 65dən yuxarı şəxslərə xəbərdarlıq edildi

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması

arrow Ətraflı