Fövqəladə Hallar Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb


Digərləri 24 Mar 2020 19:43:00 165 0

Fövqəladə Hallar Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.