Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları vəzifə maaşlarını KMDF-a ianə ediblər


Sosial 24 Mar 2020 19:28:50 131 0

Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları vəzifə maaşlarını KMDF-a ianə ediblər

Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları&koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulublar.

Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşlarıkoronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulublar.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin, Kəpəz Rayon İcra Hakimiyyətinin başçıları və İcra Hakimiyyətlərinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq, 1 aylıq vəzifə maaşlarını dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıblar.