Bu ölkədə silahlı hücum:


Dünya 24 Mar 2020 18:30:00 110 0

Bu ölkədə silahlı hücum:

Nigeriyanın şimal-şərqində silahlıkarın hücumu nəticəsində azı 70 hərbçi həlak olub. .

Son.az AZƏRTAC-a istinadən bildirir ki, France Press agentliyinin hərbi dairələrdəki mənbəyə istinadla yaydığı məlumata görə, hücum bazar ertəsi günü Borno ştatında baş verib. Silahlılar hərbi qulluqçuları daşıyan yük maşınını atəşə tutublar. Hücumda qranatomyot və ağır silahlardan istifadə olunub. Bundan başqa, bir neçə yaralı əsgərin silahlılara əsir düşdüyü bildirilir.

Hücumun ölkədə fəaliyyət göstərən "Boko haram" qruplaşmasının işi olduğu güman edilir.