Ukraynada 100ə yaxın insan koronavirusa yoluxub


Dünya 24 Mar 2020 18:33:00 118 0

Ukraynada 100ə yaxın insan koronavirusa yoluxub

Ukraynada artıq 97 nəfər yeni növ koronavirusa yoluxub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu gün Çernovtsı vilayətində daha 13 nəfər yeni növ koronavirusa yoluxması təsdiq edilib.

Kiyev şəhərində 29 nəfər koronavirusa yoluxub. Kiyev meri Vitali Kliçko bəyan edib ki, vəziyyət daha da pisləşsə şəhərə giriş-çıxış bağlanacaq.

Ukraynanın 10 vilayətində koronovirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan isə 3 nəfər həyatını itirib.