Bu ölkədə yaşlı insanlar ölümə tərk edilir


Dünya 24 Mar 2020 18:34:00 135 0

Bu ölkədə yaşlı insanlar ölümə tərk edilir

Koronavirusun ən çox təsir etdiyi ölkələrdən olan İspaniyada yaşlı adamlara kömək üçün evlərinə gedən əsgərlər onları ölü tapırlar.

Son.az oxu.az-a istinadən bildirir ki, İspaniya Müdafiə naziri Marqarita Robles "əsgərlər kömək üçün küçələrə çıxırlar. Bəzi evlərdə yaşlıları yataqlarında ölü tapırlar" deyib.

O, ölkədəki yaşlı insanların qorxudan çölə çıxmadıqlarını, evlərində çarəsiz vəziyyətdə ölümlərini gözlədiklərini bildirib.

İspaniyada infeksiyadan ən çox təsirlənən bölgələrdən biri olan Madrid şəhərində dəfn proseslərinin dayandırılması səbəbindən virusdan ölən insanların meyitlərinin morq əvəzinə qış idman oyunları sarayında saxlanacağı qeyd edilir.