Misirdə koronavirusdan ölənlərin sayı 19 nəfərə çatdı


Dünya 24 Mar 2020 18:42:00 126 0

Misirdə koronavirusdan ölənlərin sayı 19 nəfərə çatdı

Misirdə koronavirusdan ölənlərin sayı 19 nəfərə çatıb. Bazar günü bu ölkədə daha beş ölüm faktı qeydə alınıb. Həyatını itirənlərdən dördü Misir, biri isə Hindistan vətəndaşıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat verən Misir Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed bazar ertəsi günü virusa daha 39 yoluxma halı qeydə alındığını bildirib. O əlavə edib ki, bugünədək ölkədə 366 nəfərdə COVID-19 virusu aşkar edilib.

Nazirliyin rəsmisi qeyd edib ki, son bir sutkada koronavirusa yoluxanların 37 nəfəri Misir vətəndaşı, ikisi isə əcnəbilərdir. Onlar xəstəxanalarda karantin altına alınıb və vəziyyətləri sabitdir. Meqahed əlavə edib ki, indiyədək 96 xəstə müalicə olunaraq evə buraxılıb.