Ət məhsullarını alarkən bunlara diqqət yetirmək lazımdır - TÖVSİYƏ


Sosial 24 Mar 2020 18:10:22 47 0

Ət məhsullarını alarkən bunlara diqqət yetirmək lazımdır - TÖVSİYƏ

Ət məhsullarının kəsimi, emalı və satışı zamanı sanitar qaydalara düzgün riayət olunmadığı hallarda istehlakçıların sağlamlığı üçün bir sıra təhlükənin yaranmasına səbəb olur.

Ət məhsullarının kəsimi, emalı və satışı zamanı sanitar qaydalara düzgün riayət olunmadığı hallarda istehlakçıların sağlamlığı üçün bir sıra təhlükənin yaranmasına səbəb olur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən “Report”a verilən məlumata görə, heyvan ətindən insana bruselyoz, vərəm, qarayara, öküz soliteri, exinokok və s. zoonoz və parazitar xəstəliklərin keçmə ehtimalı yüksəkdir.

Bu xəstəliklərə yoluxma immun sisteminin zəifləməsinə və həyati vacib orqanlarda xroniki fəsadların yaranmasına gətirib çıxara bilir.

Son aylarda dünyada və eləcə də ölkəmizdə COVID-19 xəstəliyinə yeni yoluxma halları qeydə alınır. Nəzərə alsaq ki, immuniteti zəif, ağciyər, ürək-damar, böyrək çatışmazlığı və digər xroniki xəstəliyi olan insanlar arasında COVID-19 virusuna yoluxma riski daha yüksəkdir.

Bu səbəbdən, COVID-19 və digər xəstəliklərə yoluxmanın qarşısını almaq məqsədilə istehlakçıların daha diqqətli davranması və ət məhsullarını alarkən aşağıdakı tövsiyələrə əməl etmələri lazımdır:

- Küçə şəraitində, yol kənarlarında, baytar müfəttişi tərəfindən nəzarət həyata keçirilməyən, antisanitar şəraitdə fəaliyyət göstərən kəsim yerlərindən ət və ət məhsulları almaq sağlamlıq üçün təhlükəlidir.

- Şəxsi gigiyenik qaydalarına əməl olunmayan və fərdi mühafizə vasitələri istifadə edilməyən (xalat, əlcək, bone) qəssabxanalardan ət və ət məhsulları almaq yolverilməzdir.

- Kəsildikdən dərhal sonra ətin istehlakı faydasından daha çox ziyanlı olduğu üçün ət məhsulları istehlak edilməlidir (heyvan kəsildikdən sonra ət ölüm sərtliyi deyilən vəziyyətdə olur və bunun səbəbi isə heyvanın kəsim zamanı stress altında olması və bunun birbaşa ətin tərkibinə təsir etməsidir).

- Ətin insan orqanizminə faydalı olması üçün, kəsildikdən sonra turşuluq balansını və yumşalmasını təmin etmək üçün 8-12 saat müddətində dincə qoyulmalıdır. Ətdə turşuluq balansının normallaşması bir sıra virus mənşəli xəstəliklərin məhv edilməsində olduqca böyük əhəmiyyətə malikdir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir daha baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edir. Eyni zamanda bildirilir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün qanunla müəyyən olunmuş qaydada tədbirlər bundan sonra da davam etdiriləcək.

Bakı polisi koronavirusla bağlı şəhər əhalisini maarifləndirir like
  • 24 Mar 18:10  
Digərləri Bakı polisi koronavirusla bağlı şəhər əhalisini maarifləndirir

Paytaxt polisi koronavirus infeksiyasına qarşı profikatik tədbirlər çərç

arrow Ətraflı
Xəzər rayonu ərazisi dezinfeksiya edilir like
  • 24 Mar 18:07  
Digərləri Xəzər rayonu ərazisi dezinfeksiya edilir

Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan k

arrow Ətraflı
İslandiyada koronavirusdan ilk ölüm faktı qeydə alınıb like
  • 24 Mar 18:06  
Dünya İslandiyada koronavirusdan ilk ölüm faktı qeydə alınıb

İslandiyada koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

arrow Ətraflı
Dövlət Komitəsinin rəhbər heyəti əmək haqqını koronavirusla mübarizəyə ayırıb like
  • 24 Mar 18:04  
Digərləri Dövlət Komitəsinin rəhbər heyəti əmək haqqını koronavirusla mübarizəyə ayırıb

Diasporla İş üzrə Dövlət Komitəsi bütün dünyanı bürüyən "COV

arrow Ətraflı
Çində daha bir virus yayıla bilər, ölən var like
  • 24 Mar 18:01  
Dünya Çində daha bir virus yayıla bilər, ölən var

Çində şəhərlərarası sərnişin avtobusunda bir nəfər virusdan ölüb. A

arrow Ətraflı
Koronavirusun ən çox yayıldığı 10 ölkə like
  • 24 Mar 18:00  
Dünya Koronavirusun ən çox yayıldığı 10 ölkə

Pandemiya elan olunan COVID-19-un dünyada ən çox yayıldığı 10 ölkənin a

arrow Ətraflı
Mərkəzi Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi like
  • 24 Mar 17:58  
İqtisadiyyat Mərkəzi Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti Prezident İlham Əliyevin 19 m

arrow Ətraflı
Kimlər mütəmadi olaraq tibbi maskalardan istifadə etməlidir? like
  • 24 Mar 17:54  
Digərləri Kimlər mütəmadi olaraq tibbi maskalardan istifadə etməlidir?

Respirator axıntının qarşısını almaq üçün yoluxmuş şəxs mütəmadi

arrow Ətraflı
İlham Əliyev: "Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir" like
  • 24 Mar 17:53  
Siyasət İlham Əliyev: "Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir"

"Bir daha demək istəyirəm ki, dövlət tərəfindən görülmüş bütün iş

arrow Ətraflı
Toy mərasimində bəyi öldürdülər like
  • 24 Mar 17:51  
Dünya Toy mərasimində bəyi öldürdülər

Toy günü qonaqlardan biri bəyi bıçaqlayıb.

arrow Ətraflı
“Böyüklərimizi qoruyaq!” sosial aksiyasına başlanır like
  • 24 Mar 17:42  
Digərləri “Böyüklərimizi qoruyaq!” sosial aksiyasına başlanır

İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri v

arrow Ətraflı
Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü like
  • 24 Mar 17:40  
Sosial Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşı

arrow Ətraflı