Koronavirusun ən çox yayıldığı 10 ölkə


Dünya 24 Mar 2020 18:00:00 108 0

Koronavirusun ən çox yayıldığı 10 ölkə

Pandemiya elan olunan COVID-19-un dünyada ən çox yayıldığı 10 ölkənin adı məlum olub.

Son.az Oxu.az-a istinadən bildirir ki, bu siyahıya virusun mənbəyi olan Çin liderlik edir.

Bu günə olan məlumata görə, Çində 81 171 nəfər koronavirusa yoluxub. Onlardan 3 277 nəfəri ölüb, 73 159 nəfəri sağalıb.

İkinci yerdə isə hazırda virusla mübarizənin ən çətin dövrünü yaşayan İtaliyadır.

Qısa müddət ərzində siyahıdakı liderə çatan bu ölkədə 63 927 nəfər virusa yoluxub. Həmin şəxslərin 6 077 nəfəri ölüb, sağalanların sayı isə 7 432 nəfərdir.

Üçüncü yerdə isə ABŞ gəlir. Orada 46 145 nəfərdə virus aşkarlanıb. Onlardan 582 nəfər ölüb, 295 nəfər sağalıb.

İspaniya 35 136 xəstə sayı ilə dördüncü yerdədir. Həmin xəstələrin 2 311-i ölüb, 3 355-i sağalıb.

Beşinci yerdə olan Almaniyada xəstələrin ümumi sayı 29 056 nəfərdir. Onlardan 123-ü ölüb, 453-ü sağalıb.

İlk vaxtlarda xəstə və ölü sayı yüksək sürətlə artan, son günlərdə isə statistik rəqəmlərdə stabillik hiss olunan İran 23 049 nəfər xəstə ilə altıncı yerdədir. Xəstələrin 1 812-i ölüb, 8 376-ı sağalıb.