Dövlət Komitəsinin rəhbər heyəti əmək haqqını koronavirusla mübarizəyə ayırıb


Digərləri 24 Mar 2020 18:04:00 122 0

Dövlət Komitəsinin rəhbər heyəti əmək haqqını koronavirusla mübarizəyə ayırıb

Diasporla İş üzrə Dövlət Komitəsi bütün dünyanı bürüyən "COVİD-19" pandemiyası ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi zərurətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və sağlamlığına xüsusi önəm verən Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər heyəti 1 aylıq əmək haqqının 50%-ini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Məqsəd pandemiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində görülən işlərin həyata keçirilməsinə dəstək göstərməkdir.

Xatırladaq ki, koronavirusun (COVİD-19) geniş yayılmasının qarşısının alınması bu gün bütün dünyada prioritetə çevrilib.