Xəzər rayonu ərazisi dezinfeksiya edilir


Digərləri 24 Mar 2020 18:07:00 125 0

Xəzər rayonu ərazisi dezinfeksiya edilir

Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Xəzər Rayon İcra Hakimiyyətindən Trend-ə veriləm məlumata görə, icra başçısının müvafiq Sərəncamına əsasən RİH-də xüsusi Qərərgah yaradılaraq, öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın Qərar və təlimatlarına uyğun olaraq qurub.

Görülən tədbirlər çərçivəsində, RİH-də fəaliyyət göstərən qərərgahda əhalidən daxil olan məlumatların operativ qəbul edilməsi üçün (012) 454 24 77 nömrəli "Qaynar xətt" yaradılaraq, "Qaynar xətt" in nömrəsi RİH-nin rəsmi saytında və "Facebook" səhifəsində yerləşdirilib. Vətəndaşlar heç bir probelm olmadan həmin elektron vasitələr və telefon rabitəsi ilə əlaqə saxlaya bilirlər.

Xəzər rayonunda kütləvi dezinfeksiya işləri ilə bağlı təxirəsalınmaz tədbirlər də davam etdirilir.

Belə ki, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində, uşaq bağçalarında, idman və mədəniyyət obyektlərində, marşrut avtobuslarında və dayanacaqlarda, rayon ərazisindəki istirahət parklarında, məhəllələrdə, orada quraşdırılan uşaq-əyləncə və idman qurğularında, yaşayış binalarında, binalardakı liftlərdə və ümumi istifadə yerlərində, zirzəmilərdə, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dayanacaqlarda, ümumiyyətlə, insanların sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılmış və bu proses gündəlik davam etdirilir.

Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun küçə və prospektlərində xüsusi maşınlarla yuyulma və dərmanlanma işləri aparılır.