Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərlə bağlı qərar verildi


Siyasət 24 Mar 2020 17:33:30 41 0

Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərlə bağlı qərar verildi

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə martın 23-dən&xüsusi karantin rejiminin elan edilməsi əsas tutularaq, elektron müraciətlərin daha da asanlaşdırılması, şəxslər arasında təmasın minimuma endirilməsi və olma, yaşama icazələri ilə bağlı təqdim edilən sənədlərin optimallaşdırıması məqsədilə hazırda ölkə ərazisində olan və məlum sə

© Report

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə martın 23-dənxüsusi karantin rejiminin elan edilməsi əsas tutularaq, elektron müraciətlərin daha da asanlaşdırılması, şəxslər arasında təmasın minimuma endirilməsi və olma, yaşama icazələri ilə bağlı təqdim edilən sənədlərin optimallaşdırıması məqsədilə hazırda ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılır.

Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, bu gündən başlayaraq aprelin 30-dək ölkədə olma müddəti bitən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilir və onların ölkəmizdə olmaları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət rüsumunun (30 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 15, yetkinlik yaşına çatmış şəxslər üçün 30 manat, 60 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 30, yetkinlik yaşına çatmış şəxslər üçün 60 manat) məbləğinə uyğun müddətdə qanuni hesab ediləcək.

Müraciətlərlə bağlı qəbul edilmiş qərarların hüquqi qüvvəyə minməsi, şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən rahat giriş-çıxış etmələri, gələcəkdə ölkə ərazisində qanunsuz miqrant vəziyyətinə düşməsi və müvafiq məsuliyyətə cəlb edilməsinin qarşısının alınması üçün dövlət rüsumunun ödənilməsi vacib tələbdir.

Ödəniş Dövlət Miqrasiya Xidmətinin internet səhifəsi üzərindən “müraciəti izlə” bölməsi vasitəsilə ödəniş nömrəsini əldə etməklə Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi vasitəsilə elektron qaydada və Expresspay terminalları vasitəsilə həyata keçirilə bilər. Ödəniş nömrələri üç gün ərzində Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdiriləcəkdir.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək zərurəti yoxdur. Bununla bağlı şəxslərdən Dövlət Miqrasiya Xidmətinin qəbul şöbələrinə yaxınlaşmamaları tövsiyə edilir. Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur.

AzMİUdan koronavirusla mübarizəyə dəstək like
  • 24 Mar 17:30  
Digərləri AzMİUdan koronavirusla mübarizəyə dəstək

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının virtual ke

arrow Ətraflı
Daha 15 nəfər koronavirusa yoluxdu  Operativ Qərargah like
  • 24 Mar 17:29  
Digərləri Daha 15 nəfər koronavirusa yoluxdu Operativ Qərargah

Azərbaycan Respublikasında daha 15 nəfərdə yeni koronavirus infeksiyasına

arrow Ətraflı
Azərbaycanda karantində 2 126 nəfər var - RƏSMİ like
  • 24 Mar 17:28  
Sosial Azərbaycanda karantində 2 126 nəfər var - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınm

arrow Ətraflı
AZAL: 230 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb like
  • 24 Mar 17:28  
Digərləri AZAL: 230 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb

Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında h

arrow Ətraflı
Azərbaycanda aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq like
  • 24 Mar 17:27  
Digərləri Azərbaycanda aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq

İctimai Televiziya və Radio Yayımları Şirkəti aprel döyüşlərindən bə

arrow Ətraflı
Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı like
  • 24 Mar 17:21  
Sosial Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında 15 yeni koronavirus infeksiyasına yoluxma faktı q

arrow Ətraflı
Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı fəaliyyətə başlayıb like
  • 24 Mar 17:19  
Digərləri Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı fəaliyyətə başlayıb

Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı (covid19fun

arrow Ətraflı
Bu gün xarici ölkələrdə qalmış Azərbaycan vətəndaşları vətənə gətirildi like
  • 24 Mar 17:16  
İqtisadiyyat Bu gün xarici ölkələrdə qalmış Azərbaycan vətəndaşları vətənə gətirildi

Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında h

arrow Ətraflı
“EmbaFinans” QSC koronavirusla mübarizəyə dəstək göstərdi like
  • 24 Mar 17:16  
Digərləri “EmbaFinans” QSC koronavirusla mübarizəyə dəstək göstərdi

Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması v

arrow Ətraflı
Koronavirusla Mübarizəyə Dəstək Fondunun saytı fəaliyyətə başladı like
  • 24 Mar 17:12  
Siyasət Koronavirusla Mübarizəyə Dəstək Fondunun saytı fəaliyyətə başladı

Martın 24-də Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet say

arrow Ətraflı
Ötən gün cinayətdə şübhəli olan 31 nəfər saxlanılıb like
  • 24 Mar 17:06  
Kriminal Ötən gün cinayətdə şübhəli olan 31 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı