Daha iki ölkədə koronavirusdan ölüm qeydə alındı


Dünya 24 Mar 2020 17:57:10 124 0

Daha iki ölkədə koronavirusdan ölüm qeydə alındı

Koronavirus can almağa davam edir

İslandiya və Səudiyyə Ərəbistanında koronavirusdan ölüm qeydə alınıb.

“Report” xəbər verir ki, bunu hər iki ölkənin səhiyyə qurumları açıqlayıb.

Məlumata görə, İslandiyada ölən şəxs xronik xəstəlikdən əziyyət çəkən 70 yaşlı qadın olub. Səudiyyə Ərəbistanında isə koronavirus qurbanı 51 yaşlı Əfqanıstan sakini olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 197 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 395 579-a çatıb. Bunların 103 734 nəfəri sağalıb, 17 234 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.