Azərbaycan Prezidenti: "Biz bu günə qədər həmişə xalqiqtidar birliyinin hesabına inkişafa nail olmuşuq"


Siyasət 24 Mar 2020 17:40:00 58 0

Azərbaycan Prezidenti: "Biz bu günə qədər həmişə xalqiqtidar birliyinin hesabına inkişafa nail olmuşuq"

Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Görülmüş tədbirlər arasında, ilk növbədə, məşğulluq problemləri ön plandadır. Çünki sirr deyil ki, indi ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr kəsilir, pozulur. Baxmayaraq, hələ ki, yükdaşımalarda normal vəziyyət müşahidə olunur, ancaq iqtisadi əlaqələrin, iqtisadi fəallığın zəifləməsi, əlbəttə, ilk növbədə, məşğulluğa mənfi təsir göstərə bilər. Ona görə bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, sahibkarlığa dəstək verilsin, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin.

Eyni zamanda, biz artıq çox ciddi çağırışlar etmişik. Fürsətdən istifadə edərək mən bu çağırışı bu gün bir daha da etmək istəyirəm bütün sahibkarlara ki, onlar işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Ancaq təbii ki, əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək. Bu xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir.

Biz bu ili çox yaxşı nəticələrlə, yaxşı göstəricilərlə başlamışıq. İnflyasiya cəmi 2,8 faizdir, əhalinin gəlirləri isə 9 faizdir. İqtisadiyyat 2,8 faiz artıb, amma qeyri-neft sektorunda 6,7 faiz. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artıb. Yəni, ilə çox yaxşı göstəricilərlə başlamışıq. Vergi və gömrük orqanları proqnozdan əlavə 250 milyon manat vəsait toplayıblar. Ancaq biz yaxşı başa düşürük ki, bu tendensiyaya sanki məhdudiyyət qoyulur. Çünki biz indi bu templərlə arta bilmərik. Ona görə makroiqtisadi vəziyyətin sabit saxlanması üçün həmin vəsaitdən istifadə olunacaq. Eyni zamanda, dediyim kimi, sahibkarlığın inkişafı, sahibkarlara dəstəyin verilməsi, bizim ümumi maliyyə vəziyyətimizin sabit saxlanması üçün bu vəsaitdən istifadə olunacaq. Bu sahədə də Azərbaycan bu böyük addımı atmaqla yerləşdiyi regionda birincilik göstərib.

Bir daha demək istəyirəm ki, dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Ancaq, eyni zamanda, hər bir vətəndaş bilməlidir və Avropanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq. Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz xalq tərəfindən həmişə dəstəklənib və bu dəstəyi biz bu gün də görürük. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun. Dünən xüsusi karantin rejimi tətbiq edilib, buna əməl edin. Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük".

Son.az 

Prezident İlham Əliyev: "Azərbaycan həkimləri doğrudan da böyük qəhrəmanlıq göstərirlər" like
  • 24 Mar 17:38  
Siyasət Prezident İlham Əliyev: "Azərbaycan həkimləri doğrudan da böyük qəhrəmanlıq göstərirlər"

Azərbaycan həkimləri doğrudan da böyük qəhrəmanlıq göstərirlər.

arrow Ətraflı
Sumqayıt sakinindən “Makarov” götürüldü like
  • 24 Mar 17:36  
Kriminal Sumqayıt sakinindən “Makarov” götürüldü

Sumqayıt şəhər sakinindən silah-sursat aşkarlanıb.

arrow Ətraflı
Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərlə bağlı qərar verildi like
  • 24 Mar 17:33  
Siyasət Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərlə bağlı qərar verildi

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə martı

arrow Ətraflı
AzMİUdan koronavirusla mübarizəyə dəstək like
  • 24 Mar 17:30  
Digərləri AzMİUdan koronavirusla mübarizəyə dəstək

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının virtual ke

arrow Ətraflı
Daha 15 nəfər koronavirusa yoluxdu  Operativ Qərargah like
  • 24 Mar 17:29  
Digərləri Daha 15 nəfər koronavirusa yoluxdu Operativ Qərargah

Azərbaycan Respublikasında daha 15 nəfərdə yeni koronavirus infeksiyasına

arrow Ətraflı
Azərbaycanda karantində 2 126 nəfər var - RƏSMİ like
  • 24 Mar 17:28  
Sosial Azərbaycanda karantində 2 126 nəfər var - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınm

arrow Ətraflı
AZAL: 230 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb like
  • 24 Mar 17:28  
Digərləri AZAL: 230 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb

Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında h

arrow Ətraflı
Azərbaycanda aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq like
  • 24 Mar 17:27  
Digərləri Azərbaycanda aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq

İctimai Televiziya və Radio Yayımları Şirkəti aprel döyüşlərindən bə

arrow Ətraflı
Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı like
  • 24 Mar 17:21  
Sosial Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında 15 yeni koronavirus infeksiyasına yoluxma faktı q

arrow Ətraflı
Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı fəaliyyətə başlayıb like
  • 24 Mar 17:19  
Digərləri Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı fəaliyyətə başlayıb

Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı (covid19fun

arrow Ətraflı
Bu gün xarici ölkələrdə qalmış Azərbaycan vətəndaşları vətənə gətirildi like
  • 24 Mar 17:16  
İqtisadiyyat Bu gün xarici ölkələrdə qalmış Azərbaycan vətəndaşları vətənə gətirildi

Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında h

arrow Ətraflı
“EmbaFinans” QSC koronavirusla mübarizəyə dəstək göstərdi like
  • 24 Mar 17:16  
Digərləri “EmbaFinans” QSC koronavirusla mübarizəyə dəstək göstərdi

Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması v

arrow Ətraflı
Koronavirusla Mübarizəyə Dəstək Fondunun saytı fəaliyyətə başladı like
  • 24 Mar 17:12  
Siyasət Koronavirusla Mübarizəyə Dəstək Fondunun saytı fəaliyyətə başladı

Martın 24-də Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet say

arrow Ətraflı