Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü


Sosial 24 Mar 2020 17:40:21 48 0

Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürüb.

Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürüb.

"Report" xəbər verir ki, bununla yanaşı, Heydər Əliyev Fondu daim öz himayəsində saxladığı bir sıra müəssisələrə koronavirusla mübarizə sahəsində dəstək göstərib. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar ayrılıb, qeyd olunan müəssisələr dezinfeksiya edilib, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarının, sosial təcrid rejiminin tətbiq olunması üçün zəruri təşkilati dəstək göstərilib.

Bununla yanaşı, virusa yoluxmada risk qrupuna daxil olan ahıl vətəndaşların məskunlaşdığı Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində xidməti personalın kənar mühitlə təmasını maksimum məhdudlaşdırmaq üçün Fondun təşkilatçılığı ilə uzunmüddətli növbəli sistem yaradılıb.

Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən buna qədər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın işinə dəstək olaraq müxtəlif tibb müəssisələrinə maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr verilib və bu istiqamətdə yardımlar davam edir.

Prezident İlham Əliyev: "Azərbaycan həkimləri doğrudan da böyük qəhrəmanlıq göstərirlər" like
  • 24 Mar 17:38  
Siyasət Prezident İlham Əliyev: "Azərbaycan həkimləri doğrudan da böyük qəhrəmanlıq göstərirlər"

Azərbaycan həkimləri doğrudan da böyük qəhrəmanlıq göstərirlər.

arrow Ətraflı
Sumqayıt sakinindən “Makarov” götürüldü like
  • 24 Mar 17:36  
Kriminal Sumqayıt sakinindən “Makarov” götürüldü

Sumqayıt şəhər sakinindən silah-sursat aşkarlanıb.

arrow Ətraflı
Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərlə bağlı qərar verildi like
  • 24 Mar 17:33  
Siyasət Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərlə bağlı qərar verildi

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə martı

arrow Ətraflı
AzMİUdan koronavirusla mübarizəyə dəstək like
  • 24 Mar 17:30  
Digərləri AzMİUdan koronavirusla mübarizəyə dəstək

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının virtual ke

arrow Ətraflı
Daha 15 nəfər koronavirusa yoluxdu  Operativ Qərargah like
  • 24 Mar 17:29  
Digərləri Daha 15 nəfər koronavirusa yoluxdu Operativ Qərargah

Azərbaycan Respublikasında daha 15 nəfərdə yeni koronavirus infeksiyasına

arrow Ətraflı
Azərbaycanda karantində 2 126 nəfər var - RƏSMİ like
  • 24 Mar 17:28  
Sosial Azərbaycanda karantində 2 126 nəfər var - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınm

arrow Ətraflı
AZAL: 230 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb like
  • 24 Mar 17:28  
Digərləri AZAL: 230 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb

Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında h

arrow Ətraflı
Azərbaycanda aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq like
  • 24 Mar 17:27  
Digərləri Azərbaycanda aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq

İctimai Televiziya və Radio Yayımları Şirkəti aprel döyüşlərindən bə

arrow Ətraflı
Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı like
  • 24 Mar 17:21  
Sosial Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında 15 yeni koronavirus infeksiyasına yoluxma faktı q

arrow Ətraflı
Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı fəaliyyətə başlayıb like
  • 24 Mar 17:19  
Digərləri Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı fəaliyyətə başlayıb

Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı (covid19fun

arrow Ətraflı
Bu gün xarici ölkələrdə qalmış Azərbaycan vətəndaşları vətənə gətirildi like
  • 24 Mar 17:16  
İqtisadiyyat Bu gün xarici ölkələrdə qalmış Azərbaycan vətəndaşları vətənə gətirildi

Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında h

arrow Ətraflı
“EmbaFinans” QSC koronavirusla mübarizəyə dəstək göstərdi like
  • 24 Mar 17:16  
Digərləri “EmbaFinans” QSC koronavirusla mübarizəyə dəstək göstərdi

Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması v

arrow Ətraflı