Sumqayıt sakinindən “Makarov” götürüldü


Kriminal 24 Mar 2020 17:36:00 165 0

Sumqayıt sakinindən “Makarov” götürüldü

Sumqayıt şəhər sakinindən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Həmzəyevdən nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.