AZAL: 230 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb


Digərləri 24 Mar 2020 17:28:00 119 0

AZAL: 230 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb

Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinidən Son.az-a verilən məlumata görə, martın 24-də AZAL Nyu-Yorkdan və İstanbuldan reyslər yerinə yetirərək, ümumilikdə 230 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

Ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.