İlham Əliyev vətəndaşları həkimlərə dəstək olmağa çağırdı


Sosial 24 Mar 2020 16:55:11 45 0

İlham Əliyev vətəndaşları həkimlərə dəstək olmağa çağırdı

"Biz yeni laboratoriyalar almışıq. Yəqin, hər kəs bilir ki, tibbi ləvazimat və avadanlıq almaq da problemə çevrilib. Çünki bütün ölkələr bunu almaq istəyirlər. İstehsalçıların sayı o qədər də böyük deyil. Ona görə biz bu laboratoriyaları vaxtında almaqla, testləri gətirməklə daha böyük imkanlara nail olduq. Ondan çox xəstəxana həm karantin rejimi, həm bu xəs

"Biz yeni laboratoriyalar almışıq. Yəqin, hər kəs bilir ki, tibbi ləvazimat və avadanlıq almaq da problemə çevrilib. Çünki bütün ölkələr bunu almaq istəyirlər. İstehsalçıların sayı o qədər də böyük deyil. Ona görə biz bu laboratoriyaları vaxtında almaqla, testləri gətirməklə daha böyük imkanlara nail olduq. Ondan çox xəstəxana həm karantin rejimi, həm bu xəstəliyə yoluxmuş insanların müalicəsi üçün ayrıldı. Bu xəstəxanalar həm Bakı şəhərində, həm də ölkəmizin müxtəlif bölgələrində yerləşir. Artıq uzun müddətdir ki, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıbdır. İctimai iaşə obyektlərinin iş qrafiki məhdudlaşdırılıbdır. Bütün bu tədbirlər haqqında danışmaq çox vaxt aparar, hər halda, müntəzəm olaraq bu barədə məlumat verilir".

"Report" xəbər verir ki, bunu Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı vurğulayıb ki, xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub:"Onlar maaşın 3-5 mislini alacaqlar və artıq göstərişlər verilib, vəsait də ayrılıb. Fürsətdən istifadə edərək, Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Mən bütün vətəndaşları həkimlərə dəstək olmağa çağırıram. O cümlədən bu xəstəliyə yoluxmuş insanlara da, - biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, - müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim".

Salyanlı xuliqan ələ keçdi like
  • 24 Mar 16:54  
Kriminal Salyanlı xuliqan ələ keçdi

Salyan rayonunun Şorsulu kəndi ərazisində kənd sakini T.Cəfərov xuliqanl

arrow Ətraflı
İranda məhbusların müvəqqəti azadlıq müddəti uzadılıb like
  • 24 Mar 16:48  
Dünya İranda məhbusların müvəqqəti azadlıq müddəti uzadılıb

İranda koronavirusla əlaqədar məhbusların müvəqqəti azadlığa buraxılm

arrow Ətraflı
Azərbaycan Prezidenti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə verənlərə təşəkkür etdi like
  • 24 Mar 16:45  
Siyasət Azərbaycan Prezidenti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə verənlərə təşəkkür etdi

"Bilirsiniz, Azərbaycan bu sahədə də birincilik göstərdi. Mənə bu gün s

arrow Ətraflı
Teledərslərin sabahkı cədvəli açıqlandı like
  • 24 Mar 16:45  
Digərləri Teledərslərin sabahkı cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" kanalında yayıml

arrow Ətraflı
“Amazon” koronavirus səbəbindən 100 min yeni vakansiya açdı like
  • 24 Mar 16:42  
Dünya “Amazon” koronavirus səbəbindən 100 min yeni vakansiya açdı

Dünyanın ən böyük internet-riteyleri olan ABŞ-ın "Amazon.com Inc.&qu

arrow Ətraflı
Keçmiş məhkumun idarə etdiyi avtomobildən görün nə çıxdı like
  • 24 Mar 16:36  
Digərləri Keçmiş məhkumun idarə etdiyi avtomobildən görün nə çıxdı

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-

arrow Ətraflı
Qaradağın icra başçısı cəzalandırıldı like
  • 24 Mar 16:35  
Sosial Qaradağın icra başçısı cəzalandırıldı

Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhə

arrow Ətraflı
Komitə sədri: "Qarşıda duran əsas vəzifələrdən biri əhalinin sosial rifahını qorumaqdır" like
  • 24 Mar 16:33  
Siyasət Komitə sədri: "Qarşıda duran əsas vəzifələrdən biri əhalinin sosial rifahını qorumaqdır"

Azərbaycan dövləti koronavirus pandemiyasının ölkədə yayılmasının qar

arrow Ətraflı
Azərbaycanda avtomobil istehsalı artıb like
  • 24 Mar 16:27  
Digərləri Azərbaycanda avtomobil istehsalı artıb

Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avt

arrow Ətraflı
Maliyyə naziri koronavirus pandemiyası ilə bağlı əlavə əmr imzaladı like
  • 24 Mar 16:25  
İqtisadiyyat Maliyyə naziri koronavirus pandemiyası ilə bağlı əlavə əmr imzaladı

Maliyyə naziri Samir Şərifov koronavirus pandemiyası ilə bağlı əlavə t

arrow Ətraflı
Ermənistanda da korona sürətlə yayılır like
  • 24 Mar 16:18  
Dünya Ermənistanda da korona sürətlə yayılır

Ermənistanda koronavirusa 41 nəfərdə yeni yoluxma faktı aşkarlanıb və bu

arrow Ətraflı