“Azərişığ"ın rəhbərliyi 1 aylıq maaşlarını Fonda köçürüb


İqtisadiyyat 24 Mar 2020 16:56:07 145 0

“Azərişığ"ın rəhbərliyi 1 aylıq maaşlarını Fonda köçürüb

“Azərişıq” ASC başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlərə tam dəstəyini ifadə edib

“Azərişıq” ASC (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, virusla bağlı yaranmış situasiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə Prezident İlham Əliyevin başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlərə tam dəstəyini ifadə edib.

Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, ASC-nin rəhbərliyi bir aylıq əmək haqqını tam, digər əməkdaşları isə öz aylıq əmək haqlarının bir qisminiAzərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunaköçürüblər.

Bundan başqa, ölkə üzrə görülən profilaktik tədbirlər çərçivəsində koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə “Azərişıq” ASC tərəfindən qabaqlayıcı addımların atılması da davam etdirilir. Əməkdaşların sağlamlığını təmin etmək məqsədilə səhmdar cəmiyyətin bütün inzibati binalarının giriş-çıxış hissələrində mütləq şəkildə istifadə üçün dezinfeksiyaedici məhlullar qoyulub, tibbi maskalar paylanıb. Əməkdaşların təmasda olduğu bütün səthlər mütəmadi şəkildə dezinfeksiya edilir.