Prezident İlham Əliyev: "Bütün vədlər icra edilir və əminəm ki, həm bu il, həm bundan sonrakı illərdə bu istiqamətdə daha böyük işlər görüləcəkdir"


Siyasət 24 Mar 2020 17:11:00 54 0

Prezident İlham Əliyev: "Bütün vədlər icra edilir və əminəm ki, həm bu il, həm bundan sonrakı illərdə bu istiqamətdə daha böyük işlər görüləcəkdir"

Bütün vədlər icra edilir və əminəm ki, həm bu il, həm bundan sonrakı illərdə bu istiqamətdə daha böyük işlər görüləcəkdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Azərbaycan öz sosial siyasətini uğurla davam etdirir. Mən bildirmişəm və bir daha demək istəyirəm ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək. Bütün sosial infrastruktur layihələri icra ediləcək və bu sahədə heç bir narahatlığa əsas yoxdur. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə inşa edilmiş bu böyük yaşayış kompleksi bunu bir daha göstərir.

Bu kompleksin təməli 3 il bundan əvvəl qoyulmuşdur. Ötən müddət ərzində işlər uğurla aparılaraq bu kompleks indi təhvil verilir. Burada 3 minə yaxın mənzil var, 2 min şagird yerlik böyük məktəb binası, 2 uşaq bağçası, poliklinika, yəni yaşamaq üçün bütün şərait var və bu, bir şəhərcik halına gətirilib. Burada təqribən, 12-15 min insan yaşayacaqdır. Bu, bir daha göstərir ki, Azərbaycanda sosial infrastruktur layihələri yüksək səviyyədə və yüksək keyfiyyətlə icra edilir.

O ki qaldı, bütövlükdə bizim sosial siyasətimizə, mən dəfələrlə bildirmişəm, güclü iqtisadiyyatımız imkan verir ki, sosial sahədə bəyan etdiyimiz bütün layihələr və proqramlar icra edilsin. Hesab edirəm ki, keçən il bu baxımdan çox yadda qalan il olmuşdur. Bildiyiniz kimi, keçən il minimum əməkhaqqının, minimum pensiyaların artırılması nəticəsində 4,2 milyon insan, o cümlədən dövlətdən müavinət alan insanlar maddi vəziyyətlərini böyük dərəcədə yaxşılaşdırmışlar. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya isə 70 faiz artmışdır. Bu gün Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyətinə görə MDB məkanında birinci yerdədir. Əlbəttə ki, indiki səviyyə bizi hələ də qane etmir. Əminəm ki, görüləcək tədbirlər nəticəsində gələcəkdə bu sahəyə daha da böyük vəsait ayrılacaq.

Bununla paralel olaraq, bu il sosial infrastruktur layihələri icra edilir. Bu böyük şəhərcik onlardan biridir. Eyni zamanda, bu il məcburi köçkünlər üçün rekord sayda mənzillərin təqdim edilməsi nəzərdə tutulur - 7 min mənzil veriləcəkdir, keçən il 5 min mənzil tikilmişdir. Şəhid ailələri üçün 1500 mənzil təqdim ediləcək. Hesab edirəm ki, bu gün növbədə duran şəhid ailələri yaxın bir neçə il ərzində evləri alacaqlar və bu proqram da başa çatacaq.

Ölkəmizdə sosialyönümlü digər layihələr icra edilir, eyni zamanda, sosial təminatı yaxşılaşdırmaq, bu sahədə şəffaflığı təmin etmək üçün bildiyiniz kimi DOST mərkəzləri açılmaqdadır. Artıq 2 mərkəz fəaliyyət göstərir və vətəndaşların bəyənmə əmsalı kifayət qədər yüksəkdir. Bütövlükdə 30-dan çox belə mərkəzin yaradılması bu sahədə institusional baxımdan böyük bir irəliləyişə gətirib çıxaracaq. Yəni, sosial sektor böyük sahə olduğu üçün bunun hər bir istiqaməti üzrə praktiki addımlar atılır, bəyan edilmiş proqramlar icra edilir və verilmiş bir dənə də vəd icra edilməmiş qalmır. Bütün vədlər icra edilir və əminəm ki, həm bu il, həm bundan sonrakı illərdə bu istiqamətdə daha böyük işlər görüləcəkdir".

Son.az 

Ötən gün cinayətdə şübhəli olan 31 nəfər saxlanılıb like
  • 24 Mar 17:06  
Kriminal Ötən gün cinayətdə şübhəli olan 31 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
DİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürdü like
  • 24 Mar 16:58  
Sosial DİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürdü

Daxili İşlər Nazirliyi (DİN) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1

arrow Ətraflı
Qaradağın icra başçısı cəzalandırıldı like
  • 24 Mar 16:57  
Siyasət Qaradağın icra başçısı cəzalandırıldı

Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhə

arrow Ətraflı
“Azərişığ"ın rəhbərliyi 1 aylıq maaşlarını Fonda köçürüb like
  • 24 Mar 16:56  
İqtisadiyyat “Azərişığ"ın rəhbərliyi 1 aylıq maaşlarını Fonda köçürüb

“Azərişıq” ASC başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlə

arrow Ətraflı
İlham Əliyev vətəndaşları həkimlərə dəstək olmağa çağırdı like
  • 24 Mar 16:55  
Sosial İlham Əliyev vətəndaşları həkimlərə dəstək olmağa çağırdı

"Biz yeni laboratoriyalar almışıq. Yəqin, hər kəs bilir ki, tibbi ləvazim

arrow Ətraflı
Salyanlı xuliqan ələ keçdi like
  • 24 Mar 16:54  
Kriminal Salyanlı xuliqan ələ keçdi

Salyan rayonunun Şorsulu kəndi ərazisində kənd sakini T.Cəfərov xuliqanl

arrow Ətraflı
İranda məhbusların müvəqqəti azadlıq müddəti uzadılıb like
  • 24 Mar 16:48  
Dünya İranda məhbusların müvəqqəti azadlıq müddəti uzadılıb

İranda koronavirusla əlaqədar məhbusların müvəqqəti azadlığa buraxılm

arrow Ətraflı
Azərbaycan Prezidenti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə verənlərə təşəkkür etdi like
  • 24 Mar 16:45  
Siyasət Azərbaycan Prezidenti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə verənlərə təşəkkür etdi

"Bilirsiniz, Azərbaycan bu sahədə də birincilik göstərdi. Mənə bu gün s

arrow Ətraflı
Teledərslərin sabahkı cədvəli açıqlandı like
  • 24 Mar 16:45  
Digərləri Teledərslərin sabahkı cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" kanalında yayıml

arrow Ətraflı
“Amazon” koronavirus səbəbindən 100 min yeni vakansiya açdı like
  • 24 Mar 16:42  
Dünya “Amazon” koronavirus səbəbindən 100 min yeni vakansiya açdı

Dünyanın ən böyük internet-riteyleri olan ABŞ-ın "Amazon.com Inc.&qu

arrow Ətraflı
Keçmiş məhkumun idarə etdiyi avtomobildən görün nə çıxdı like
  • 24 Mar 16:36  
Digərləri Keçmiş məhkumun idarə etdiyi avtomobildən görün nə çıxdı

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-

arrow Ətraflı