Deputat: "Qəbul olunan qərarların bir ali məqsədi var hər bir azərbaycanlının sağlamlığını təmin etmək"


Siyasət 24 Mar 2020 17:09:00 46 0

Deputat: "Qəbul olunan qərarların bir ali məqsədi var  hər bir azərbaycanlının sağlamlığını təmin etmək"

Azərbaycanda xüsusi karantin rejiminin tədbiq olunmasının əsas məqsədi dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasının təmin edilməsi və koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınmasıdır.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

R.Məmmədov vətəndaşları bu qaydalara riayət etməyə çağırıb:

"Mən öz növbəmdə hamını qəbul olunmuş yeni təlimatlara riayət etməyə çağırıram. Dövlətimiz tələb olunan bütün qabaqlayıcı tədbirləri həyata keçirir. Bir daha vurğulamaq istəyirəm ki, bütün atılan addımların, qəbul olunan qərarların bir ali məqsədi var - hər bir azərbaycanlının sağlamlığını təmin etmək, onu dünyada sürətlə yayılan virusdan qorumaq".

Deputat vurğulayıb ki, dövlət eyni zamanda, ölkədə iqtisadi sabitliyin qorunub saxlanılması, bütövlükdə iqtisadiyyatın və vətəndaşların maksimum az zərər görməsi üçün bütün resursları, imkanları səfərbər edib:

"Bu, çox vacib məqamlardan biridir. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti də dövlətin yaranmış situasiyaya uyğun olaraq həyata keçirdiyi kompleks tədbirlərin əhəmiyyətini düzgün qiymətləndirir. Koronavirus nəinki Azərbaycanda, həm də bütün dünyada yeni bir situasiya yaradıb. Atılmış addımların məqsədi də bu yeni situasiyada əhalinin sağlamlığını, ölkənin ərzaq və iqtisadi təhlükəsizliyini, daha dəqiq desək, yeni şəraitdə həm də milli təhlükəsizliyini qorumaq üçün daha effektiv alətlər, mexanizmlər tətbiq etməkdir.

Ən vacib məqamlardan biri ondan ibarətdir ki, görülən tədbirlər, qəbul olunan qərarlar yalnız dövlətin ayrı-ayrı strukturlarının deyil, bütövlükdə cəmiyyətin problemin həlli üçün səfərbər edilməsinə xidmət edir. Başqa ölkələrin təcrübəsi də göstərir ki, bu, ən doğru yoldur. Ona görə də həyata keçirilən tədbirlərin arzuladığımız nəticələrə gətirib çıxaracağına əminəm. Yetər ki, hər birimiz üzərimizə düşən vəzifəni məsuliyyətlə və vicdanla yerinə yetirək".

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Son.az 

Ötən gün cinayətdə şübhəli olan 31 nəfər saxlanılıb like
  • 24 Mar 17:06  
Kriminal Ötən gün cinayətdə şübhəli olan 31 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
DİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürdü like
  • 24 Mar 16:58  
Sosial DİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürdü

Daxili İşlər Nazirliyi (DİN) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1

arrow Ətraflı
Qaradağın icra başçısı cəzalandırıldı like
  • 24 Mar 16:57  
Siyasət Qaradağın icra başçısı cəzalandırıldı

Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhə

arrow Ətraflı
“Azərişığ"ın rəhbərliyi 1 aylıq maaşlarını Fonda köçürüb like
  • 24 Mar 16:56  
İqtisadiyyat “Azərişığ"ın rəhbərliyi 1 aylıq maaşlarını Fonda köçürüb

“Azərişıq” ASC başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlə

arrow Ətraflı
İlham Əliyev vətəndaşları həkimlərə dəstək olmağa çağırdı like
  • 24 Mar 16:55  
Sosial İlham Əliyev vətəndaşları həkimlərə dəstək olmağa çağırdı

"Biz yeni laboratoriyalar almışıq. Yəqin, hər kəs bilir ki, tibbi ləvazim

arrow Ətraflı
Salyanlı xuliqan ələ keçdi like
  • 24 Mar 16:54  
Kriminal Salyanlı xuliqan ələ keçdi

Salyan rayonunun Şorsulu kəndi ərazisində kənd sakini T.Cəfərov xuliqanl

arrow Ətraflı
İranda məhbusların müvəqqəti azadlıq müddəti uzadılıb like
  • 24 Mar 16:48  
Dünya İranda məhbusların müvəqqəti azadlıq müddəti uzadılıb

İranda koronavirusla əlaqədar məhbusların müvəqqəti azadlığa buraxılm

arrow Ətraflı
Azərbaycan Prezidenti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə verənlərə təşəkkür etdi like
  • 24 Mar 16:45  
Siyasət Azərbaycan Prezidenti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə verənlərə təşəkkür etdi

"Bilirsiniz, Azərbaycan bu sahədə də birincilik göstərdi. Mənə bu gün s

arrow Ətraflı
Teledərslərin sabahkı cədvəli açıqlandı like
  • 24 Mar 16:45  
Digərləri Teledərslərin sabahkı cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" kanalında yayıml

arrow Ətraflı
“Amazon” koronavirus səbəbindən 100 min yeni vakansiya açdı like
  • 24 Mar 16:42  
Dünya “Amazon” koronavirus səbəbindən 100 min yeni vakansiya açdı

Dünyanın ən böyük internet-riteyleri olan ABŞ-ın "Amazon.com Inc.&qu

arrow Ətraflı
Keçmiş məhkumun idarə etdiyi avtomobildən görün nə çıxdı like
  • 24 Mar 16:36  
Digərləri Keçmiş məhkumun idarə etdiyi avtomobildən görün nə çıxdı

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-

arrow Ətraflı
Qaradağın icra başçısı cəzalandırıldı like
  • 24 Mar 16:35  
Sosial Qaradağın icra başçısı cəzalandırıldı

Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhə

arrow Ətraflı