Salyanlı xuliqan ələ keçdi


Kriminal 24 Mar 2020 16:54:00 213 0

Salyanlı xuliqan ələ keçdi

Salyan rayonunun Şorsulu kəndi ərazisində kənd sakini T.Cəfərov xuliqanlıq zəminində Yardımlı rayon sakini Ə.Şükürlünü döyüb və ov tüfəngindən havaya 2 dəfə atəş açıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildiriblər ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Cəfərov saxlanılıb və hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olmayan, nömrəsi silinmiş ov tüfəngi ondan götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.