Qaradağın icra başçısı cəzalandırıldı


Siyasət 24 Mar 2020 16:57:00 60 0

Qaradağın icra başçısı cəzalandırıldı

Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirə keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, müşavirə zamanı bildirilib ki, ölkə rəhbərliyinin tapşırığı və Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın təlimatlarına uyğun olaraq paytaxtda aparılan dezinfeksiya işləri gücləndirilib. Gündəlik olaraq həyətlər, bina girişləri, liftlər xüsusi materiallarla dezinfeksiya olunur, küçə və prospektlər yuyulur. Rayon icra hakimiyyəti başçıları qarşısında kollektiv mülkiyyətdə olan Mənzil Tikinti Kooperativlərinin binalarında və rayon qəsəbələrində şəhər strukturlarının köməyi ilə dezinfeksiya işinin təşkil olunması məsələsi qoyulub.

Müşavirə zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etmişdir ki, dezinfeksiya tədbirləri bir neçə günlük nəzərdə tutulmayıb. Bu işlər davamlı xarakter daşımalı və hər bir qurum buna hazır olmalıdır. Eldar Əzizov bildirilmişdir ki, dövlət başçısının dəstəyi nəticəsində bu gün şəhər kommunal strukturlarında maddi-texniki təminat, texnika və maliyyə təminatı baxımından heç bir problem yoxdur.

Müşavirə zamanı mart ayının 23-ü şəhərin mərkəzi hissəsində və ətraf ərazilərdə dezinfeksiya işlərinin aparılması ilə bağlı monitorinqlər aparıldığı bildirilmişdir. Nəticələrdə şəhərin mərkəzində və mərkəzə bitişik ərazilərində qarşıya qoyulan vəzifələrin əsasən icra olunduğu qeyd olunsada bir sıra ərazilərdə ciddi nöqsanların mövcud olduğu bildirilib.

Belə ki, Qaradağ rayonu təmizlik sahəsində müstəqil maddi-texniki bazanın mövcud olduğu iki rayondan biri olmasına baxmayaraq, bu işlər Ələt və Lökbatan qəsəbələrində qeyri-qənaətbəxş icra olunmuş və qarşıya qoyulan vəzifələr lazımi səviyyədə təşkil olunmayıb.

Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunmuş və ona xəbərdarlıqla töhmət elan edilib. Qeyd olunmuşdur ki, belə halların Qaradağda və ya başqa rayonlarda təkrar olunması xüsusi vəziyyət şəraitində işi təşkil etməyi bacarmamaq kimi qiymətləndiriləcək. Tədbir zamanı Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Qaradağ rayonunda aparılan dezinfeksiya işlərində yaxından kömək etmək tapşırılıb. Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qısa zamanda bu sahədə mövcud olan nöqsanların aradan qaldırılacağına dair söz verib.

Müşavirədə qeyd olunan nöqsanlardan nəticə çıxarılmalsının, verilən tapşırıqların icrasına kadrların məsuliyyətinin artırılmalsının vacibliyi bildirimiş və bu sahədə işlərin gücləndirilməsi üçün əlavə tədbirlər planı müzakirə edilib.

Son.az 

“Azərişığ"ın rəhbərliyi 1 aylıq maaşlarını Fonda köçürüb like
  • 24 Mar 16:56  
İqtisadiyyat “Azərişığ"ın rəhbərliyi 1 aylıq maaşlarını Fonda köçürüb

“Azərişıq” ASC başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlə

arrow Ətraflı
İlham Əliyev vətəndaşları həkimlərə dəstək olmağa çağırdı like
  • 24 Mar 16:55  
Sosial İlham Əliyev vətəndaşları həkimlərə dəstək olmağa çağırdı

"Biz yeni laboratoriyalar almışıq. Yəqin, hər kəs bilir ki, tibbi ləvazim

arrow Ətraflı
Salyanlı xuliqan ələ keçdi like
  • 24 Mar 16:54  
Kriminal Salyanlı xuliqan ələ keçdi

Salyan rayonunun Şorsulu kəndi ərazisində kənd sakini T.Cəfərov xuliqanl

arrow Ətraflı
İranda məhbusların müvəqqəti azadlıq müddəti uzadılıb like
  • 24 Mar 16:48  
Dünya İranda məhbusların müvəqqəti azadlıq müddəti uzadılıb

İranda koronavirusla əlaqədar məhbusların müvəqqəti azadlığa buraxılm

arrow Ətraflı
Azərbaycan Prezidenti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə verənlərə təşəkkür etdi like
  • 24 Mar 16:45  
Siyasət Azərbaycan Prezidenti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə verənlərə təşəkkür etdi

"Bilirsiniz, Azərbaycan bu sahədə də birincilik göstərdi. Mənə bu gün s

arrow Ətraflı
Teledərslərin sabahkı cədvəli açıqlandı like
  • 24 Mar 16:45  
Digərləri Teledərslərin sabahkı cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" kanalında yayıml

arrow Ətraflı
“Amazon” koronavirus səbəbindən 100 min yeni vakansiya açdı like
  • 24 Mar 16:42  
Dünya “Amazon” koronavirus səbəbindən 100 min yeni vakansiya açdı

Dünyanın ən böyük internet-riteyleri olan ABŞ-ın "Amazon.com Inc.&qu

arrow Ətraflı
Keçmiş məhkumun idarə etdiyi avtomobildən görün nə çıxdı like
  • 24 Mar 16:36  
Digərləri Keçmiş məhkumun idarə etdiyi avtomobildən görün nə çıxdı

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-

arrow Ətraflı
Qaradağın icra başçısı cəzalandırıldı like
  • 24 Mar 16:35  
Sosial Qaradağın icra başçısı cəzalandırıldı

Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhə

arrow Ətraflı
Komitə sədri: "Qarşıda duran əsas vəzifələrdən biri əhalinin sosial rifahını qorumaqdır" like
  • 24 Mar 16:33  
Siyasət Komitə sədri: "Qarşıda duran əsas vəzifələrdən biri əhalinin sosial rifahını qorumaqdır"

Azərbaycan dövləti koronavirus pandemiyasının ölkədə yayılmasının qar

arrow Ətraflı
Azərbaycanda avtomobil istehsalı artıb like
  • 24 Mar 16:27  
Digərləri Azərbaycanda avtomobil istehsalı artıb

Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avt

arrow Ətraflı
Maliyyə naziri koronavirus pandemiyası ilə bağlı əlavə əmr imzaladı like
  • 24 Mar 16:25  
İqtisadiyyat Maliyyə naziri koronavirus pandemiyası ilə bağlı əlavə əmr imzaladı

Maliyyə naziri Samir Şərifov koronavirus pandemiyası ilə bağlı əlavə t

arrow Ətraflı