İranda məhbusların müvəqqəti azadlıq müddəti uzadılıb


Dünya 24 Mar 2020 16:48:00 120 0

İranda məhbusların müvəqqəti azadlıq müddəti uzadılıb

İranda koronavirusla əlaqədar məhbusların müvəqqəti azadlığa buraxılması ilə bağlı müddət uzadılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, bu müddət hələlik 19 aprelədək uzadılıb.

Ruhani əlavə edib ki, bundan öncə müvəqqəti azadlıq 3 aprelədək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, İranda yeni koronavirusun yayılması ilə əlaqədar 85 min məhbus müvəqqəti olaraq azadlığa buraxılıb.