Qaradağın icra başçısı cəzalandırıldı


Sosial 24 Mar 2020 16:35:45 50 0

Qaradağın icra başçısı cəzalandırıldı

Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirə keçirilmişdir.&

Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirə keçirilib.

"Report"un əldə etdiyi məlumata görə, müşavirə zamanı bildirilib ki, ölkə rəhbərliyinin tapşırığı və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq paytaxtda aparılan dezinfeksiya işləri gücləndirilib. Gündəlik olaraq həyətlər, bina girişləri, liftlər xüsusi materiallarla dezinfeksiya olunur, küçə və prospektlər yuyulur.

Rayon icra hakimiyyəti başçıları qarşısında kollektiv mülkiyyətdə olan Mənzil Tikinti Kooperativlərinin binalarında və rayon qəsəbələrində şəhər strukturlarının köməyi ilə dezinfeksiya işinin təşkil olunması məsələsi qoyulub.

Müşavirə zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, dezinfeksiya tədbirləri bir neçə günlük nəzərdə tutulmayıb. Bu işlər davamlı xarakter daşımalı və hər bir qurum buna hazır olmalıdır. Eldar Əzizov bildirib ki, dövlət başçısının dəstəyi nəticəsində bu gün şəhər kommunal strukturlarında maddi-texniki təminat, texnika və maliyyə təminatı baxımından heç bir problem yoxdur.

Müşavirə zamanı mart ayının 23-ü şəhərin mərkəzi hissəsində və ətraf ərazilərdə dezinfeksiya işlərinin aparılması ilə bağlı monitorinqlər aparıldığı bildirilib. Nəticələrdə şəhərin mərkəzində və mərkəzə bitişik ərazilərində qarşıya qoyulan vəzifələrin əsasən icra olunduğu qeyd olunsa da, bir sıra ərazilərdə ciddi nöqsanların mövcud olduğu vurğulanıb.Belə ki, Qaradağ rayonu təmizlik sahəsində müstəqil maddi-texniki bazanın mövcud olduğu iki rayondan biri olmasına baxmayaraq, bu işlər Ələt və Lökbatan qəsəbələrində qeyri-qənaətbəxş icra olunmuş və qarşıya qoyulan vəzifələr lazımi səviyyədə təşkil olunmayıb. Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət elan edilib.Qeyd olunub ki, belə halların Qaradağda və ya başqa rayonlarda təkrar olunması xüsusi vəziyyət şəraitində işi təşkil etməyi bacarmamaq kimi qiymətləndiriləcək.

Tədbir zamanı Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Qaradağ rayonunda aparılan dezinfeksiya işlərində yaxından kömək etmək tapşırılıb. Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qısa zamanda bu sahədə mövcud olan nöqsanların aradan qaldırılacağına dair söz verib.

Müşavirədə qeyd olunan nöqsanlardan nəticə çıxarılmasının, verilən tapşırıqların icrasına kadrların məsuliyyətinin artırılmasının vacibliyi bildirilib və bu sahədə işlərin gücləndirilməsi üçün əlavə tədbirlər planı müzakirə edilib.

Komitə sədri: "Qarşıda duran əsas vəzifələrdən biri əhalinin sosial rifahını qorumaqdır" like
  • 24 Mar 16:33  
Siyasət Komitə sədri: "Qarşıda duran əsas vəzifələrdən biri əhalinin sosial rifahını qorumaqdır"

Azərbaycan dövləti koronavirus pandemiyasının ölkədə yayılmasının qar

arrow Ətraflı
Azərbaycanda avtomobil istehsalı artıb like
  • 24 Mar 16:27  
Digərləri Azərbaycanda avtomobil istehsalı artıb

Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avt

arrow Ətraflı
Maliyyə naziri koronavirus pandemiyası ilə bağlı əlavə əmr imzaladı like
  • 24 Mar 16:25  
İqtisadiyyat Maliyyə naziri koronavirus pandemiyası ilə bağlı əlavə əmr imzaladı

Maliyyə naziri Samir Şərifov koronavirus pandemiyası ilə bağlı əlavə t

arrow Ətraflı
Ermənistanda da korona sürətlə yayılır like
  • 24 Mar 16:18  
Dünya Ermənistanda da korona sürətlə yayılır

Ermənistanda koronavirusa 41 nəfərdə yeni yoluxma faktı aşkarlanıb və bu

arrow Ətraflı
Daxili İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib like
  • 24 Mar 16:09  
Digərləri Daxili İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Daxili İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.000.000

arrow Ətraflı
Bulvar İdarəsi: like
  • 24 Mar 16:06  
Digərləri Bulvar İdarəsi:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusun ölkə ər

arrow Ətraflı
Tofiq Yaqublunun həbsi ilə bağlı daha bir like
  • 24 Mar 16:03  
Digərləri Tofiq Yaqublunun həbsi ilə bağlı daha bir

2020-ci il martın 22-də saat 15 radələrində Yaqublu Tofiq Rəşid oğlu ida

arrow Ətraflı
İranda koronavirusdan daha 122 nəfər ölüb like
  • 24 Mar 16:00  
Dünya İranda koronavirusdan daha 122 nəfər ölüb

İranda ötən sutka ərzində yeni koronavirusdan (COVID-19) 122 nəfər ölüb

arrow Ətraflı
Rusiyada koronavirus daşıyıcılarının sayı artdı like
  • 24 Mar 15:55  
Dünya Rusiyada koronavirus daşıyıcılarının sayı artdı

Rusiyada virus daşıyıcılarının sayında artım müşahidə edilib

arrow Ətraflı
Koronavirusa yoluxan xəstə virusun simptomlarından danışdı like
  • 24 Mar 15:54  
Dünya Koronavirusa yoluxan xəstə virusun simptomlarından danışdı

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhər sakini koronavirus infeksiyası

arrow Ətraflı
Paytaxtda itkin düşən dörd nəfər tapılaraq ailəsinə təhvil verilib like
  • 24 Mar 15:48  
Digərləri Paytaxtda itkin düşən dörd nəfər tapılaraq ailəsinə təhvil verilib

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış təd

arrow Ətraflı
Bakı, Sumqayıt və Abşeronda sərnişin avtobusları adi rejimdə işləyəcək like
  • 24 Mar 15:44  
İqtisadiyyat Bakı, Sumqayıt və Abşeronda sərnişin avtobusları adi rejimdə işləyəcək

Bakı, Sumqayıt, Abşeron əraziləri üzrə sərnişin avtobuslarının fəali

arrow Ətraflı