Keçmiş məhkumun idarə etdiyi avtomobildən görün nə çıxdı


Digərləri 24 Mar 2020 16:36:00 159 0

Keçmiş məhkumun idarə etdiyi avtomobildən görün nə çıxdı

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də Alar kəndi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsirovun idarə etdiyi "KİA" markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildiriblər ki, avtomobilə baxış zamanı oradan 970 qram heroin və 570 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.