Bakı polisi və prokurorluq Tofiq Yaqublu ilə bağlı birgə məlumat yaydı


Sosial 24 Mar 2020 15:43:05 47 0

Bakı polisi və prokurorluq Tofiq Yaqublu ilə bağlı birgə məlumat yaydı

2020-ci il martın 22-də saat 15 radələrində Yaqublu Tofiq Rəşid oğlu idarə etdiyi özünə məxsus “Toyota Corolla” markalı 90-CU-515 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr etmə qaydalarını pozaraq eyni istiqamət

2020-ci il martın 22-də saat 15 radələrində Yaqublu Tofiq Rəşid oğlu idarə etdiyi özünə məxsus “Toyota Corolla” markalı 90-CU-515 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr etmə qaydalarını pozaraq eyni istiqamətdə hərəkət edən Cəbrayılov Elxan Səttar oğlunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı 90-HA-028 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

"Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğununyaydığı birgə məlumatda deyilir.

Bildirilir ki, araşdırma zamanı T.Yaqublunun həmin vaxt avtomobildən çıxaraq ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsinə, yəni E.Cəbrayılovla mübahisə edib onu nalayiq ifadələrlə təhqir edərək yumruqla onun baş nahiyəsinə və silah qismində istifadə etdiyi vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirməsinə, eləcə də T.Yaqublunun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən hadisə zamanı E.Cəbrayılovun avtomobildə olan arvadı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Hadisə zamanı “Toyota Corolla” markalı avtomobilin sol qapıları və qabaq qanadı üzərində, “VAZ-21074” markalı avtomobilin isə sağ qabaq qanad üzərində zədələrin yarandığı müəyyən edilib.

Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə baxış zamanı hadisə vaxtı istifadə edilən üzərində qanabənzər ləkələr olan vintaçan, zərərçəkmiş şəxs E.Cəbrayılovun hadisə vaxtı əynində olmuş üzərində qanabənzər ləkə olan cırılmış jaket aşkar edilərək maddi sübut kimi götürülüb, məhkəmə-tibbi, məhkəmə-trasoloji və məhkəmə-bioloji ekspertizaları təyin edilib, zərərçəkmiş şəxslər və şahidlər dindirilib.

Məhkəmə-tibbi ekspertizasının rəylərinə əsasən E.Cəbrayılov və arvadı Cəvahir Cəbrayılovanın bədənləri üzərində hadisə zamanı yetirilməyə xarakterik olan xəsarətlər aşkar edilib.

Toplanmış ilkin sübutların məcmusu T.Yaqublu tərəfindən cinayət törədilməsinə dəlalət etdiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin əməllə bağlı ittiham elan edilib. T.Yaqublunun iştirakı ilə aparılan prosessual hərəkətlərdə müdafiəçinin iştirakı təmin edilib.

Təqsirləndirilən şəxs T.Yaqublunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinə rayon prokuroru tərəfindən baxılarkən müqavilə əsasında dəvət edilmiş vəkili Elçin Sadıqov və dövlət hesabına təyin edilmiş vəkili Elxan Aslanovun iştirakı təmin edilib, həmin vəsatət əsaslı hesab edilməklə Bakı şəhəri Nizami rayon məhkəməsinə təqdimat verilib.

Məhkəmədə təqsirləndirilən şəxs T.Yaqublunun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə onun hüquqlarını müdafiə edən vəkil E.Sadıqovun iştirakı ilə baxılıb və T.Yaqublu barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Gürcüstanda 28 Azərbaycan vətəndaşı karantində saxlanılır like
  • 24 Mar 15:42  
Dünya Gürcüstanda 28 Azərbaycan vətəndaşı karantində saxlanılır

Gürcüstanda Saxere karantin zonasında 28 Azərbaycan vətəndaşı karantind

arrow Ətraflı
Tarixdə iz qoyanlar: Azərbaycan gerbini hazırlayan knyaz Aleksandr Servaşidze kim idi? like
  • 24 Mar 15:36  
Digərləri Tarixdə iz qoyanlar: Azərbaycan gerbini hazırlayan knyaz Aleksandr Servaşidze kim idi?

Son.az Modern.az-a istinadla Azərbaycan gerbini hazırlayan knyazla bağlı ya

arrow Ətraflı
Gürcüstanda azərbaycanlı qadın ailə üzvlərini koronavirusa yoluxdurdu like
  • 24 Mar 15:35  
Dünya Gürcüstanda azərbaycanlı qadın ailə üzvlərini koronavirusa yoluxdurdu

“Bu gün Gürcüstanda təsdiq olunan 4 yeni koronavirus halı Marneuli ilə b

arrow Ətraflı
NATO əməkdaşlarında koronavirus aşkarlandı like
  • 24 Mar 15:32  
Dünya NATO əməkdaşlarında koronavirus aşkarlandı

Əfqanıstanda NATO əməkdaşlarında koronavirus infeksiyası qeydə alınıb

arrow Ətraflı
"Qəribədir, insanlar var, amma dünya boş qalıb" like
  • 24 Mar 15:30  
Şou-biznes "Qəribədir, insanlar var, amma dünya boş qalıb"

"Sanki vaxt dondu. Yaşam tərzini dəyişdi. Həyat qaynarlığını itird

arrow Ətraflı
ÜST: Koronavirusa yoluxma halı daha çox Avropa və ABŞ-dadır like
  • 24 Mar 15:25  
Dünya ÜST: Koronavirusa yoluxma halı daha çox Avropa və ABŞ-dadır

Son 24 saatda koronavirusa yoluxma faktlarının 85%-i Avropa və ABŞ-da qeydə

arrow Ətraflı
Daha bir ölkədə fövqəladə vəziyyət elan edilir like
  • 24 Mar 15:24  
Dünya Daha bir ölkədə fövqəladə vəziyyət elan edilir

Tailandda martın 26-da fövqəladə vəziyyət elan olunacaq.

arrow Ətraflı
Nadirdən Qurdun nişnlanma xəbərinə reaksiya: "Şokdayam" like
  • 24 Mar 15:18  
Şou-biznes Nadirdən Qurdun nişnlanma xəbərinə reaksiya: "Şokdayam"

Müğənni Nadir Qafarzadə sosial şəbəkədəki şərhi ilə diqqət çəkib.

arrow Ətraflı
“Kənddən şəhərə” yarmarkalarının keçirilməsi müvəqqəti dayandırıldı like
  • 24 Mar 15:12  
İqtisadiyyat “Kənddən şəhərə” yarmarkalarının keçirilməsi müvəqqəti dayandırıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat"

arrow Ətraflı
Gürcüstanda koronavirusa yoluxanların sayı artır like
  • 24 Mar 15:06  
Dünya Gürcüstanda koronavirusa yoluxanların sayı artır

Gürcüstanda koronavirusa yoluxanların sayı 66 nəfər çatıb.

arrow Ətraflı
Azərbaycanda 4 yaşlı uşaq avtomobildə yanaraq öldü like
  • 24 Mar 15:04  
Sosial Azərbaycanda 4 yaşlı uşaq avtomobildə yanaraq öldü

​Ucar rayonunda bədbəxt hadisə baş verib.

arrow Ətraflı
İranda helikopter qəzaya uğrayıb like
  • 24 Mar 15:00  
Dünya İranda helikopter qəzaya uğrayıb

Bu gün səhər İranın şimal-qərbində İranın İslam İnqilabı Keşikçil

arrow Ətraflı
Koronavirusla bağlı daha bir VİDEOçarx hazırlandı like
  • 24 Mar 14:57  
Digərləri Koronavirusla bağlı daha bir VİDEOçarx hazırlandı

COVID-2019 virusu ilə əlaqədar daha bir maarifləndirici videoçarx hazırlan

arrow Ətraflı
Karantində qalanlar Azərbaycan polisini alqışladılar like
  • 24 Mar 14:54  
Digərləri Karantində qalanlar Azərbaycan polisini alqışladılar

Lənkəranın "Spring" hotelində saxlanılan koronavirus şübhəsi i

arrow Ətraflı
İspaniyada koronavirus qurbanlarının sayı 2 696-ya çatdı like
  • 24 Mar 14:49  
Dünya İspaniyada koronavirus qurbanlarının sayı 2 696-ya çatdı

Son 24 saatda ölkədə koronavirusdan ölənlərin sayı 25% artıb

arrow Ətraflı