Rusiyada koronavirus daşıyıcılarının sayı artdı


Dünya 24 Mar 2020 15:55:40 108 0

Rusiyada koronavirus daşıyıcılarının sayı artdı

Rusiyada virus daşıyıcılarının sayında artım müşahidə edilib

Rusiyada daha 57 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin operativ qərargahı açıqlayıb.

Məlumata görə, yeni yoluxma faktlarının hamısı xaricə səfərlə əlaqədardır. Bununla daRusiyada koronavirusa yoluxanların sayı 495-ə çatıb.

Ümumilikdə ölkədə koronavirusdan sağalanların sayı isə 22 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 197 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 392 336-ya çatıb. Bunların 103 393 nəfəri sağalıb, 17 147 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.