Koronavirusa yoluxan xəstə virusun simptomlarından danışdı


Dünya 24 Mar 2020 15:54:00 127 0

Koronavirusa yoluxan xəstə virusun simptomlarından danışdı

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhər sakini koronavirus infeksiyası barədə danışıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Debra Vestfollun dostlarının bəziləri COVID-19-un mövcudluğuna inanmayıblar.

Buna görə də, o, özündə təyin edilmiş koronavirus diaqnozunu "Facebook" hesabında yayıb.

"Məndə hərarət yox idi, buna görə də, koronavirusun olduğunu düşünmürdüm. Ancaq indi xəstə olduğuma əminəm", - daha əvvəl döş qəfəsində xərçəng xəstəliyindən sağalan Vestfoll deyib.

O, bütün bədənində olan ağrılardan əziyyət çəkdiyini və yeməyin dadını hiss etmədiyini bildirib.

Amerikalıda simptomlar təxminən on gün əvvəl başlayıbmış. İndi təcrid vəziyyətindədir.