İranda koronavirusdan daha 122 nəfər ölüb


Dünya 24 Mar 2020 16:00:00 108 0

İranda koronavirusdan daha 122 nəfər ölüb

İranda ötən sutka ərzində yeni koronavirusdan (COVID-19) 122 nəfər ölüb.

Son.az bildirir ki, bunu Trend Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadәn mәlumat verib.

Nazirliyin mətbuat xidmətinin müdiri K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virus nəticəsində 1 934 nəfər ölüb.

Nazirlik rəsmisi ötən sutka ərzində ölkədə 1 762 nəfərin koronavirusa yoluxduğunu və beləliklə yoluxanların sayının 24 811 nəfərə çatdığını deyib.

Cahanpur əlavə edib ki, indiyədək virusdan sağalanların sayı 8 913 nəfər olub.