Gürcüstanda 28 Azərbaycan vətəndaşı karantində saxlanılır


Dünya 24 Mar 2020 15:42:00 132 0

Gürcüstanda 28 Azərbaycan vətəndaşı karantində saxlanılır

Gürcüstanda Saxere karantin zonasında 28 Azərbaycan vətəndaşı karantində saxlanılır.

Son.az APA-ya istinadla xəbər verir ki, bu barədə klinikanın direktoru Mixeil Kamuşadze bildirib.

O qeyd edib ki, hazırda karantin zonasında ümumilikdə 62 nəfər saxlanılır ki, onlardan 28-i Azərbaycan vətəndaşıdır. Karantində saxlanılanlardan 6-da koronavirusun tipik sindromları var və onlardan götürülən analizlər artıq laboratoriyaya göndərilib.