Tarixdə iz qoyanlar: Azərbaycan gerbini hazırlayan knyaz Aleksandr Servaşidze kim idi?


Digərləri 24 Mar 2020 15:36:00 118 0

Tarixdə iz qoyanlar: Azərbaycan gerbini hazırlayan knyaz Aleksandr Servaşidze kim idi?

Son.az Modern.az-a istinadla Azərbaycan gerbini hazırlayan knyazla bağlı yazını təqdim edir:

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınır. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz Canişinin sarayında sədr müavini Həsənbəy Ağayevin sədrliyi və M.Mahmudovun katibliyi ilə  müsəlman Milli Şurasının keçirilmiş  ilk  iclasında  İstiqlal Bəyannaməsi qəbul  edildi. Azərbaycan xalqı keçmiş Rusiya imperiyasının dağıntıları   üzərində öz müstəqilliyini elan etdi  və  yeni müstəqil dövlət  olan  Azərbaycan  Xalq   Cümhuriyyətini  yaratdı. Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandıqdan  sonra  dövlətin müstəqilliyini  təcəssüm  etdirən müqəddəs rəmzlərin-Dövlət Bayrağı, Gerb və Himnin layihələrinin  hazırlanması  Azərbaycan  hökumətinin  diqqət  mərkəzində  oldu. Azərbaycan  Xalq  Cümhuriyyəti  Hökumətinin  23 mart  1919-cu  il  tarixli  qərarı ilə  ilk dəfə olaraq  Azərbaycan  Respublikasının  Dövlət  gerbinin  və  möhürünün  layihəsinin  tərtib edilməsi  üzrə  müsabiqə  elan  edildi.  Həmin  qərarla layihələrin 1919-cu il aprelin   20-nə təqdim  edilməsi  müəyyənləşdirilmişdi. Ən yaxşı layihələr üçün 2 (iki) mükafat təyin edilmişdi:

Birinci mükafat üzrə: gerb üçün - 1 min  rubl, möhür üçün - 500 rubl, ikinci  mükafat  üzrə  gerb  üçün  500  rubl, möhür  üçün  250  rubl  müəyyən  edilmişdi.

Lakin  müsabiqəyə  təqdim olunmiş  layihələr çox  guman  ki, bəyənilmədiyinə  görə  qəbul edilməmişdi.  

"Azərbaycan"  qəzetinin 14 noyabr 1919-cu il tarixli  buraxılışında  Azərbaycanın    gerbi  və  himn  haqqında  məlumat  dərc edilib. Həmin məlumatda  bildirilirdi ki, Xalq Maarif Nazirliyi  Azərbaycan Respublikasının  dövlət  gerbi və milli  himninin işlənib hazırlanması məsələsi haqqında mülahizələrini  hökumətə  təqdim edib. Hökumətə təqdim  olunmuş  mülahizələrdə  qeyd edilirdi ki, işlənib  hazırlanmış  ən  yaxşı  milli himnin   seçilməsi  üçün hazırlanmış  layihələr  1920-ci il fevralın 1-dək müsabiqəyə təqdim  edilməlidir. Ən yaxşı  himn  üçün  mükafat  olaraq  15000   rubl müəyyən  edilmişdi. Müsabiqəyə  arzu edənləri  daha çox cəlb etməkdən  ötrü Bakı və Tiflis qəzetlərində müsabiqənin geniş  işıqlandırılması nəzərdə tutulmuşdu.

Dövlət gerbinin layihəsinin  hazırlanması  Nazirlik tərəfindən o zaman Bakıda olan və öz əsərləri ilə, xüsusilə  də şərq  ölkələrinin  memarlığı, heykəltaraşlığı və  rəssamlığına dair  bilgiləri  ilə  böyük  məşhurluq  qazanmış  rəssam knyaz  Şervaşidzeyə həvalə olunması  təklif edilmişdi. 

Knyaz  Aleksandr  Şervaşidze (1867-1968)   kim  idi?