"Qəribədir, insanlar var, amma dünya boş qalıb"


Şou-biznes 24 Mar 2020 15:30:00 142 0

"Qəribədir, insanlar var, amma dünya boş qalıb"

"Sanki vaxt dondu. Yaşam tərzini dəyişdi. Həyat qaynarlığını itirdi".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Əkbər Əlizadə sosial şəbəkədə yazıb. Aktyor son günlər dünyada sürətlə yayılan koronavirus infeksiyasından, insanların küçəyə çıxmamasından yazıb:

"Bunların hamısı Allahdan gələn bir nidadır. Hər kəs özünə qayıtmalı, nə etdiklərinin fərqinə varmalıdır. Qəribədir, insanlar var, amma dünya boş qalıb. Dua edək ki, Allahın köməkliyi ilə yenidən əvvəlki həyatımıza qayıdaq".