ATU Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Sosial 24 Mar 2020 14:42:40 113 0

ATU Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Azərbaycan Tibb Universiteti (ATU) koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

© Report

ATU-dan “Report”a verilən məlumata görə, Fonda 50 min manat məbləğində vəsait köçürülüb.

Qeyd edək ki, koronavirusla mübarizə müddətində ATU-nun həkim heyəti, klinikaları və işçi qüvvəsi gücləndirilmiş rejimlə çalışır.